46 yaşlı investor İlon Mask, “SpaceX” super-ağır daşıyıcı raketini uğurla kosmosa çıxardıb.


Facemark.az xəbər verir ki, “YouTube” platfomasında “Falcon Heavy Test Flight” adlı videoya 14 milyon nəfər insan baxıb.


“Falcon Heavy”nin faydalı yüklənməsi kimi “SpaceX” və “Tesla” şirkətinin banisi İlon Maskın şəxsi avtomobili qırmızı “Tesla Roadster” çıxış edib.


Daha öncə isə CBS telekanalına verdiyi müsahibəsində İ.Mask demişdi ki, öz avtomobilini elə-belə kosmosa göndərib: “Darıxdırıcı beton bloklar və metal parçaların əvəzinə özümün qırmızı “Tesla” avtomobilimi göndərməyə qərar verdim”, - deyib.


Kosmik səfər isə sanki ayrı bir şou idi. Hər şey xırda detallarına qədər hesablanmışdı. Məsələn, cihaz lövhəsində “Tesla”nın kiçik modeli hazırlanmışdı. Paneldə isə “Dont Panic” (Təlaşa düşmə!) sözləri yazılmış, həmçinin raketin içində “Made on Earth by Humans” (Yerdəki insanlar tərəfindən hazırlanmışdı”) sözləri əlavə edilmişdi.


Şübhəsiz ki, raketin sınaq uçuşu zamanı skafandr geyinmiş “Starman” manikeni isə günün ən çox müzakirə edilən mövzusu olmuşdu. “Falcon Heavy” raketinin səmayə çıxması barəsində canlı video yayılandan sonra marka və istifadəçilər zəka yarışında mübarizə aparmağa başladılar.


Facemark.az yerli sosial mediada brendlərin gündəm ilə bağlı hazırladıqları “Real Time Post”ları bir araya gətirib.


- Azərbaycan Beynəlxalq Bankı


Artıq açıq səmaya maşınla da səyahət etmək mümkündür!


Belə bir fikrə düşsəniz, IBAm Mobil Bankı özünüzlə götürməyi unutmayın!


IBAm Mobil Bank – Hər yerdə Sizinləyik!



- FEST Travel Baku


Elonun xəbəri yoxdur ki, artıq orda filialımız var



- DeGelsin


Bizim ulduzlarla işimiz yoxdur. Vaxt itirmədən, yolu uzatmadan müştərilərimizi ünvana çatdırırıq.
#DeGəlsin #FalconHeavy



-“AccessBank”


Harada olmağınızdan asılı olmayaraq, myAccess həyatınızı asanlaşdırır.



- Birinci


Elon Musk "Tesla"nı, Teymur da Cavidi marsa göndərdi



- Bank Republika


Hər birimizin bitməyən arzusu vardır! Bu arzular bəzən əlçatmaz görünür.



- Pizzaland



"Raket" kimi #sürətli və pulsuz çatdırılma xidmətimiz aktivdir


Pizzalarımız dadı isə sizi kosmosa aparacaq.


#Pizzaland - Daha da yaxşı!