“Apple” şirkətinin qurucusu 2010-cu ildə 8 milyard dollarlıq sərvətə sahib idi. O, hələ də ən önəmli şəxsiyyət kimi xatırlanır. Onun həyatı boyunca ağlından çıxartmadığı 10 “qızıl qayda”nı sizlərlə bölüşürük.


- Çərçivəyə salınmış həyat yaşamayın


Sahib olduğunuz zaman çox azdır. Buna görə də, vaxtınızı başqasının həyatını yaşayaraq keçirtməyin. Digərlərinin düşüncəsinə görə, hərəkət etməyin. Başqalarının fikirlərinin gurultusu daxili səsinizin üstünə çıxmasın. Ən önəmlisi isə ürəyiniz və intuisiyanızı izləyən cəsarətə sahib olun. Onlar hər zaman sizə nə etmək istədiyinizi deyəcək. Geriyə qalan hər şey isə ikinci dərəcəlidir.


- İşinizə ehtirasla yanaşın


Nəyi sevdiyinizi tapmalısınız. Mükəmməl iş görmək istəyirsinizsə, etdiyiniz işi sevməlisiniz. Hələ tapa bilməmisinizsə, axtarmağa davam edin. Tapdığınız zaman xəbəriniz olacaq. Əgər hansısa işə ehtirasla başlamayacaqsınızsa, onun axırını da gətirə bilməyəcəksiniz. Hər işin sizi əsəbləşdirəcək tərəfləri olacaq. Hətta bu xəyalınızdakı iş olsa da belə.



- Həyatınızı özünüz üçün tərtib edin


Bilirəm bu şablon söz kimi səslənəcək. Amma doğrudur. Siz öz gəminizin kapitanısınız. Sükan arxasına bir başqasının keçməsinə icazə verməyin. Həyatınızı özünüz üçün tərtib edin. Bunu etmək üçün ikinci bir şansınız olmayacaq. Ya indi edin, ya da gələcəkdə peşman olun. Seçim sizindir.


- Keyfiyyətsiz məhsul satmayın


Yalnız yüksək keyfiyyəti olan məhsullar satın. “Apple”ın məhsulları hər zaman yüksək keyfiyyətdə olur. Əlbəttə, bu fikirə etiraz edənlər olacaq. Ona görə də, “Apple”in daim onun məhsullarını almaq istəyən sadiq müştəriləri var.


- Əsla qane olmayın


Əsla qane olmayın. Özünüzü hər zaman daha yaxşıları qazanmaq üçün məcbur edin. İnsanların “Edə bilmərsən”, “Eləmək mümkün deyil” işləri görməyə cəhd edin.



- Mükəmməl komanda qurun


Ətrafınızdakı insanlar sizin gələcəyinizi formalaşdırır. Ətrafınızdakılar daim pozitiv və ağıllı insanlardan ibarət olacaqsa, deməli gələcəyiniz parlaqdır. Unutmayın ki, vaxtınızın çox hissəsini keçirdiyiniz beş insanı müəyyən edin. Seçimlərinizdə diqqətli olun.


- Pul qarşılığında etməyin


Sevdiyiniz işi seçin, beləcə ömrünüz boyunca bir gün belə çalışmaq məcburiyyətində qalmayacaqsınız. Stiv Cobs 25 yaşı olan zaman 100 milyon dollarlıq sərvətə sahib idi. Çünki, pula görə deyil, dünyanı dəyişdirmək üçün çalışan yenilikçi idi.



- Məhsullarınız ilə fəxr edin


Ailə və dostlarınıza qürurla göstərə biləcəyiniz məhsullar istehsal edin. Əgər məhsullarınız keyfiyyətlidirsə, daha çox pul qazanacaqsınız. İnsanların istifadə etməkdən zövq alacağı, keyfiyyətli məhsullar istehsal edin.


- Məhsullarınızın mərkəzində daim müştərilər dayansın


Müştərilər hər zaman etdiyi işə ciddi yanaşan və daha yaxşısını təklif etməyə çalışan insanlara etibar edirlər. Zamanınızı ayırın, onların çalışdıqları sektorlar, qarşılaşdıqları problemlər haqqında məlumat alın.


- Marketinq dediyiniz anlayış dəyərlər ilə bağldır


“Adidas” və “Puma”dan yaxşı olduğunu göstərən Nike reklamı gördünüz? Xeyr görmədiniz. Çünki, onlar Michael Jordan kimi əfsanəvi idmançıları ön plana çıxararaq öz marka imiclərini gücləndirirlər. Şirkətinizin müştərilərin gözündəki imicindən əmin olun.


Mənbə: Pazarlamasyon.com