Fransanın “Renault” avtomobil markası “Müqəddəs Valentin” (Sevgililər Günü) günü ilə əlaqədar cizgi filmi çəkib.


Facemark.az xəbər verir ki, bu avtomobil markasının ərsəyə gətirdiyi ilk qısametrajlı cizgi filmidir.


Postman (Poçtalyon) adlı yumoristik reklam filmini isə “Publicis Conseil” reklam agentliyi ilə birgə əməkdaşlıq nəticəsində ərsəyə gətirilib.


Kampaniya “Everything starts with an electric moment” (Hər şey bir elektrik anı ilə başlayır) adlı sloqanla həyata keçirilib. “Renault” “electric” frazasını isə reklam filmində iki frazada işlədir. Birinci, portnyorlar arasında dəbdə olan elektrik almaq, ikinci isə səssiz elektrik mühərrikli avtomobil nəzərdə tutulub.


Qısası, markanın yeni reklam çarxını müasir fraza ilə belə ifadə etmək olar: “Xoşbəxtlik səssizliyi sevir”.


Yumoristik reklam çarxını izləmək istəyənlər videoya keçid edə bilərlər.