bazar ertəsi, 19 fevral 2018

“Twitter” zərər edib, yoxsa mənfəət qazanıb? – Hesabat

135

Dünyada məşhur sima və siyasətçilər tərəfindən istifadə edilən “Twitter” sosial platformasının xalis mənfəəti 2017-ci ilin 4-cü rübündə 91,1 milyon dollara çatıb.

2016-cı ilin eyni dövründə isə platforma 167,1 milyon dollar zərər etdiyini açıqlamışdı.

Facemark.az xəbər verir ki, “Twitter”in mənfəət əldə etdiyinə dair xəbər birjalarda onun səhmlərinin 26% artmasına gətirib çıxarıb.

Platformada reklam satışları 1% artaraq 644 milyon dollara çatıb. Amerikan bazarı kompaniyaya 406 milyon dollar (-8%), beynəlxalq biznes 326 milyon dollar (+17%) qazandırıb.

Hesabata görə, platformanın 330 milyon nəfər aktiv istifadəçisi var. Bu da 2016-cı ilin dördüncü rübü ilə müqayisədə 4%-lik artım deməkdir. Amma ABŞ-da platformadan aktiv istifadə edən istifadəçilərin sayı 1 milyon nəfər (69 milyon nəfərdən 68 milyon nəfərə düşüb) azalıb.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün