Yersiz şərhlər sosial medianın belə desək “qanayan yarası”dır. “Facebook” istifadəçilər arasında daha mənalı informasiyaların axışı üçün yeni bir sistem üzərində çalışır.


Facemark.az xəbər verir ki, platforma yeni şərh qiymətləndirmə düyməsi üzərində işləyir və bildirilir ki, sistem platformanın imicinə də müsbət yönümdə təsir edəcək.


Yəqin ki, çoxlarınız şərh qiymətləndirmə buttonuna “Reddit”, “9gag” və oxşar forum saytlarından tanışsınız. Ancaq “Facebook”un “Downvote” düyməsinin yaradılması ilə bağlı addımları şirkətin yeni xəbər axını və senzura kimi sistemlərin üzərində çalışdığından xəbər verir.



İstifadəçi “Downvote” düyməsi üzərinə klik edəndə şərh “Facebook” komandasına çatdırılacaq. Platforma istifadəçiləri bu düyməyə basdıqdan sonra ekranda əlavə pəncərə görəcəklər. Üzərində isə aqressiv, dezinformasiya, mövzu ilə əlaqəsiz kimi seçimlər gələcək.


Şirkətdən güman edirlər ki, bununla “Facebook” şərh və kontentin yalan olub olmadığını, xəbərlərin önünə bir addım da olsa keçə biləcək.



Qeyd edək ki, şirkətin adı yalan xəbərlərin yayılması, cəmiyyət arasında qütbləşmənin yaranması və s. də hallanır.