bazar ertəsi, 19 fevral 2018

Elçin Həbibov: Büroya iki dəfədən artıq müraciət pullu olacaq

160

“Vətəndaşların öz kredit hesabatlarına çıxış imkanları qanunla təsbit olunub. İldə iki dəfə ödənişsiz olaraq bu məlumatları ala biləcəklər.

Bu istiqamətdə 2 dəfədən artıq müraciət olarsa, istənilən an müəyyən ödəniş etməklə məlumat almaq mümkün olacaq”.

Facemark.az xəbər verir ki, bu sözləri yeni yaradılan “Azərbaycan Kredit Büro”su MMC-nin Baş direktoru Elçin Həbibov qurumun gələcək fəaliyyəti ilə bağlı təşkil edilən mətbuat konfransında çıxışı zamanı deyib.

“Əgər şikayət əsasında hesabatda hər-hansı dəyişiklik olacaqsa, istifadəçi o halda da özü barəsində olan informasiyanı pulsuz olaraq əldə edəcək”, - deyə Baş direktor sözlərinə əlavə edib.

O, həmçinin əlavə edib ki, Büronun fəaliyyətinə dair lisenziyanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi verib: “Qurumun fəaliyyət istiqaməti isə sırf maliyyə ilə bağlı olduğuna görə, Büroya nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) həyata keçirdəcək”.

Qeyd edək ki, Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər bazalardan toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edəcək.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün