bazar ertəsi, 19 fevral 2018

Azərbaycanda kredit almaq asanlaşacaq

140

“Azərbaycan əhalisinin 2,7 milyon nəfəri (əhalinin 37%-i) Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) daxil olan Mərkəzləşdirilmiş Kredit Reyestrində məlumatlarını saxlayır. Əlbəttə, yeni Büronun yaradılması nəticəsində nisbət xeyli artacaq”.

Facemark.az xəbər verir ki, bu sözləri Palatanın Baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov Kredit Bürosu MMC-nin yaradılması və gələcək fəaliyyəti ilə bağlı mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, ölkədə olan kommersiya bankları tərəfindən verilmiş vaxtı keçmiş kreditlərin həcmi 1,5-1,6 milyon manatdır: “Bu isə ümumi portfelin 13-14%-i ətrafındadır”.

“Bilirsiniz ki, kredit üçün müraciət edən vətəndaşımız məlumat olmadığına görə, bank tərəfindən onlara yüksək kredit faizi tələbi irəli sürülür. Yaxud da əlavə təminat istənilir.

Çünki, bank müştərini sadəcə tanımır. Qurumun yaradılması, artıq hər-bir vətəndaşın nəinki, kredit təşkilatları barəsində, həmçinin kommunal ödəniş, mobil operatorlara olan borc, sığorta ödənişləri və s. haqqında məlumat əldə etməyə şərait yaradacaq. Bu, isə onların maliyyə imkanlarını, kreditə əlçətanlığını artıracaq”.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün