bazar ertəsi, 19 fevral 2018

İlon Mask Türkiyədə də “Tesla” satacaq – Qiymət

359

Dünyanın ən çox satan elektrik mühərrikli avtomobil markası “Tesla”nın Türkiyədə servis mərkəzi və mağazası açılacaq.

Facemark.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Tesla”nın Avropa mərkəzi Hollandiyada (Tesla Motors Netherlands B.V.) yerləşir.

Xəbərə görə, şirkət İstanbulun Anadolu yaxınlığında servis mərkəzi üçün ərazi axtarır. Şirkət 6 ay içində xidmətə başlayacaq. Servis mərkəzində sadəcə sərgi üçün 3-4 nəqliyyat vasitəsi də təqdim ediləcək.

2019-cu ildə “Tesla” “Zorlu Center” kimi populyar olan məkanda showroom açacaq. “Tesla”ın “Model S” və “Model X”ə görə daha uyğun qiymətə olan “Model 3” ilə Türkiyə bazarına sürətli bir şəkildə daxil olmağı planlaşdırılır.

ABŞ bazarında “Model 3”ün qiyməti 35 min dollardan başlayır. Model 2016-ci ilin aprelin 1-də 1000 dollar öncədən ödəmə ilə sifariş qəbul edirdi. “Model 3”ə bir ay içində 400 mindən çox sifariş gəlib. “Model 3” Avropa bazarında isə 2018-ci ilin sonlarında daxil olacaq.

“Model 3” isə Türkiyədə 2019-cu ildə satışa çıxarılacaq. Qiymət isə təxminən 70 min avro olacaq. Galeriyada “Model S” ilə “Model X”in qiymətinin 180 min avro olacağı gözlənilir.

Qeyd edək ki, hazırda Türkiyə bazarında 150-dən çox “Tesla” avtomobili var. Amma qəza və sığorta məsələləri ilə bağlı daim problemlər yaşanır. Avtomobil sahibi qəza anında təmir üçün Avropa servis mərkəzinə getməli olurdu. Yeni servis mərkəzinin açılması isə bu problemləri aradan qaldıracaq.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün