bazar ertəsi, 19 fevral 2018

Ən çox qazanan futbolçu Rusiya bankının reklam siması seçildi - Foto

105

“Barselona” futbol klubunun hücumçusu, Argentina milli komandasının üzvi, futbolçu Lionel Messi “Alfa-Bank” Rusiyanın reklam siması seçilib.

Facemark.az xəbər verir ki, bu haqda kredit təşkilatının nümayəndəsi Nobel Arustamyan öz “Twitter” səhifəsində yazaraq “Vedomosti”nin yazdığı informasiyanı təsdiq edib.

“Forbes” jurnalının hesabatına görə, Messi 2017-ci ildə illik 80 milyon dollarlıq qazancı ilə dünyanın ən yüksək maaş alan idmançıların siyahısında üçüncü olub. Nəşrin yazdığına görə, həmin məbləğin 27 milyon dolları isə reklam müqavilələrindən əldə edilib.

Qeyd edək ki, tərəflər arasında imzalanan müqavilənin dəyəri isə açıqlanmır.

“Alfa-Bank” dünya çempionatının rəsmi “Avropa Bank”ı statusuna malikdir. Keçən ilin noyabrında jurnalist Yuri Dud bankın reklam siması idi.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün