Məşhur azərbaycanlı müğənni və biznesmen Emin Ağalarov “Best FM” radiostansiyasını alıb.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, adı “Jara FM”ə dəyişdiriləcək radiostansiya 100.5 tezliyində fəaliyyətə başlayacaq.


“Jara FM”in auditoriyası, əsasən 12-35 yaş arası olan gənclərdən ibarət olacaq. Rebrendinq işləri isə yaxın 2 ay ərzində aparılacaq.


Mətbuat yazır ki, radioda 50-50-yə rus və xarici musiqilər səsləndiriləcək. Radiostansiya “Avropa Plyus” və “Radio Energy” ilə rəqabət aparacaq.


Qeyd edək ki, radiostansiyanın hansı qiymətə satılmasına dair isə informasiya verilməyib.