“PepsiCo” UEFA Çempionlar Liqası ilə olan müqaviləsini daha üç il də uzadıb.


Facemark.az xəbər verir ki, 2015-ci ildən UEFA –nın əsas sponsorlarından biri olan “PepsiCo” əməkdaşlığı 2018-2021-ci ilə qədər artırıb.


Yenilənən tərəfdaşlıq haqqında “PepsiCo”nun Qlobal Prezidenti Ramon Laguarta bu sözləri deyib: “PepsiCo”nun futbol oyunları ilə möhtəşəm və əfsanəvi tarixi var. Bu səbəbdən dolayı UEFA Çempionlar Liqası ilə ortaqlığımızı yeniləməkdən xoşbəxtik.


Keçdiyimiz üç il içərisində ortaqlığımız güclü və həyəcanverici platforma halına gəlib. Bu çərçivədə biz də dünyanın dörd bir yanındakı milyonlarla tərəfdarlara futbolun ən yaxşısını təklif etmək nöqtəsindəki qərarlılığımızı davam etdiririk”.


UEFA Çempionlar Liqasının marketinq direktoru Guy-Laurent Epstein deyib ki, “2015-ci ildən UEFA-nın ailəsinə daxil olan “PepsiCo” və markaları çempionatı qlobal miqyasda tanıdılmasında böyük rol oynayıb.


Biz bu güclü əlaqəni 2018-2021-ci ildəki dövr ərzində də davam etməkdən məmnunuq. “PepsiCo” UEFA üçün mükəmməl tərəfdaşdır”.