bazar ertəsi, 19 fevral 2018

20 000 qazandığı deyilən “YouTuber”dan açıqlama – Video

218

Türkiyəli “YouTuber” Banu Berberoğlu 42 000 TL (20 000 manat) qazandığına dair yerli mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.

Facemark.az xəbər verir ki, B.Berberoğlu deyib ki, başqa biri onun adından “Facebook” səhifəsində “feyk” hesab açıb.

“Siz məni məsxərəyə qoydunuz. Amma bu gün “YouTube”dan hesabıma 42 000 TL köçürülüb. İndi deyin görək kim yazıqdır?”, - bu sözləri mən yazmamışam “YouTuber” bildirib.

O, deyib ki, bu günə qədər heç bir yerdə platformadan əldə etdiyi qazanca dair məlumat verməyib: “Haqqımda danışılanlar yalandır”.

Qeyd edək ki, bir müddət əvvəl qonşu ölkənin mətbuatında onun “YouTube” platformasından təkcə dekabr ayında 42 000 TL (təxminən 20 min manat) qazandığına dair informasiyalar yayılmışdı.

Həmin açıqlamanı videonun 2:55-ci dəqiqəsində baxa bilərsiniz.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün