bazar ertəsi, 19 fevral 2018

“2018 Qış Olimpiya Oyunları” zamanı daha bir maraqlı hadisə yaşanıb – Foto + Video

364

“2018 Qış Olimpiya Oyunları” zamanı yaşanan hadisələrdən biri bəzi tamaşaçıların qəzəbinə səbəb olub.

Facemark.az xəbər verir ki, “Buzzfeed” qeyd edir ki, Oyunun açılışını canlı izləyən tamaşaçılar Cənubi Koreyanın bayrağını “Pepsi”nin loqosuna bənzədiblər.

Cənubi Koreyanı təmsil edən qrup səhnəyə çıxıb və ölkənin bayrağını əks etdirən fiquru yaradıblar. Tamaşaçılardan biri soruşub ki, “Pepsi” açılış mərasiminə sponsorluq edir? Məlum olur ki, bu suala cavab axtaran tək həmin tamaşaçı deyildi.

Onlar “Twitter” platforması üzərindən təəccüblərini gizlədə bilməyəcəkləri şərhlər yazıblar.

Bir başqa platforma istifadəçisi isə yazıb ki, “Pepsi” buna görə, nə qədər pul ödəməli olub? Beləliklə, şərhlərdən aydın olub ki, tamaşaçıların əksər hissəsi Cənubi Koreyanın bu addımını “Pepsi”nin – qazlı içki markasının reklamı kimi başa düşüblər. Bəzi istifadəçilər isə qəzəblənib ki, beynəlxalq idman tədbiri tamamilə komersiyalaşdırılıb.

Qeyd edək ki, “2018 Qış Olimpiya Oyunları” zamanı daha bir maraqlı hadisə də yaşanmışdı. Belə ki, açılış mərasimi zamanı Cənubi Koreya və Şimali Koreya idmançıları səhnəyə eyni bayraq altında daxil olmuşdular. Tamaşaçılar isə bunu günün ən möhtəşəm hadisəsi adlandırmışdı.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün