Belçika vətəndaşı Luc Mahieux 2 trilyon avroluq sərvəti ilə dünyanın ən zəngin insanı olub. Amma bu zənginlik uzun müddət davam etməyib.


Facemark.az xəbər verir ki, Belçikanın Ardenler bölgəsindəki Dinant qəsəbəsində normal həyat tərzi keçirən Mahieux kredit kartı limitini dəyişdirmək üçün hesabının olduğu banka müraciət edir.


Mahieux tələb edir ki, təhlükəsiz olmadığına görə, internet üzərindəki alış-veriş saytı tərəfindən kəsilən 35 avroluq avtomotik ödəniş də dayandırılsın.



Bank avtomotik ödənişi dayandırır. Hesabdan kəsilən 35 avronu da Belçikalı müştərinin hesabına qaytarır. Ancaq bank işçisinin xətası səbəbindən Luc Mahieuxun hesabına 35 avro yerinə, səhvən 2 trilyon 35 avro artırılır.


“Bir anda düşündüm ki, bütün problemlərim həll olunub”.


Mahieux, bank hesabındakı rəqəmi görəndə ilk anda təəccüblənib. “Het Nieuwsblad” qəzetinin yazdığına görə, o ilk düşünüb ki, artıq bütün problemləri həll edilib. “Nə də olsa dünyanın ən zəngin insanı idim”.


Amma o, şübhələnir ki, bu fırıldaq ola bilər. Mahieux bank şöbəsinə zəng edərək vəziyyəti izah edir və kredit kartını da blok etdirir. Başına gələn hadisələri sosial media hesabından paylaşan Belçikalıya çox sayda dostluq təklifi gəlir. Ondan, hətta maddi yardım istəyənlər belə olub.


O, deyib ki, artıq küçədəki bir sıra insan məni tanıyır: “Mənim adımdan milyarder deyə söz edirlər”.