bazar ertəsi, 19 fevral 2018

“YouTube” tarixində vloqqerə verilən ən sərt cəza – Foto

255

“YouTube” platformada 17 milyon nəfər izləyicisi olan vloqqer Logan Paula sərt cəza tətbiq edib.

Facemark.az xəbər verir ki, platforma cəza olaraq onun kanalından yayımlanan reklamları geri çəkib.

Buna səbəb isə 22 yaşlı “YouTuber”in kanalında “Yaponiyanın intihar meşəsində cəsəd tapdıq” adlı vloq yerləşdirməsi olub.

Video “İntihar Meşəsi” kimi də tanınan “Aokigahara” meşəsində çəkilib. O videoda həmin insanı göstərmiş və vəziyyətlə əlaqədar gülməli şərhlər etmişdi.

Video dünyanın dörd bir yanından istifadəçilər tərəfindən gələn reaksiyalar nəticəsində Logan tərəfindən kanaldan götürülüb. “YouTube” isə cəza olaraq Paulun kanalını “Google Tövsiyələrin”dən geri çağırdığını və ortaq həyata keçirilən layihələrin ləğv edildiyini bildirib.

Bu qalmaqaldan sonra o auditoriyadan üzr istəyib. Amma növbəti videolarında davranışlarında heç bir dəyişiklik etməyib.

Qeyd edək ki, bu bugünə qədər “YouTube” tərəfindən vloqqerə verilən ən sərt cəza hesab edilir.

Xatırladaq ki, “SocialBlade”in məlumatına görə, Logan Paulun təkcə reklamlardan əldə etdiyi aylıq qazanc 1,2 milyon dollardır.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün