“Apple” yeni və bu günə qədərki ən güclü telefonu “iPhone X”in Çin bazarına atdığı ilk addımı duyğusal reklam filmi ilə dəstəkləyib.


Facemark.az xəbər verir ki, çarxda baş verənlər real hadisələrə dayanır. Reklam çarxı Çinin ən uzun qatar xəttlərinin birində çalışan ana və oğlunun hekayəsindən danışır. Çarx təkcə “iPhone X”dən istifadə edilərək çəkilib.


Honq Konqun məşhur rejissoru Peter Chan “Three Minutes” adlı reklam filmini ərsəyə gətirib.


İDC-nin (International Data Corporation) məlumatına görə, 2017-ci ildə “Apple” Çin ağıllı telefon bazarının 9,3%-ə sahib olub: “Çin bazarında smartfonların satışları 2009-cu ildən bəri ilk dəfə 4,9% azalıb. Keçən ilin 4-cü rübündə isə azalma illik 15,7%-ə qədər böyüyüb. Analtiklər isə düşünür ki, Çinli istehsalçıların yeniləmələri, istehlakçıları məhsulların yeni modellərini almağa məcbur edə bilmir. Bu isə bazarda ümumi yavaşlamaya səbəb olub.


Ancaq, əsas oyunçular isə öz mövqeyini möhkəmləndirə biliblər. Ötən il, Çində smartfon bazarının lideri “Huawei” olub. Çatdırılmanın miqdarı isə 90,9 milyon cihaz olub. Bazar payı isə 2016-cı ildən 16,4%-dən 20,4%-ə qədər artıb.


İkinci yeri - “Oppo” tutub, bazar payı 16,8%-dən 18,1%-ə dək artıb. 3-cü yerdə isə “Vivo”, 4-də isə “Xiaomi” yer alıb. “Apple” isə 9,3% bazar payı ilə TOP5-likdə qərarlaşıb”, - deyə hesabatda vurğulanıb.


Şirkət yeni duyğusal reklam filmi ilə bu faizi artırmağı hədəfləyir. Filmin qatar yolculuğunu əks etdirərək başlaması isə Çinin 16 Fevralda başlayacaq Yeni ili ilə əlaqələndirilir. Belə ki, həmin vaxt saysız-hesabsız Çinli uzun müddətdir ki, görmədiyi ailələrini ziyarət etməyə gələcəklər. “Apple” da məhz həmin duyğusal nüansa xitab etməyə çalışıb.