Türk əsilli, “Nusr-Et” markasının qurucusu Nusret Gökçe Nyu-Yorkda açdığı restorana məşhur simaları dəvət edib.


Facemark.az xəbər verir ki, onun qonaqları arasında məşhur futbolçu Devid Bekhem və uşaqları olub.


Nusret futbolçu və uşaqları ilə birgə çəkdiyi videonu “Instagram”da paylaşıb.


Bekhem uşaqları ilə naharı Nusretin Nyu-Yorkda restoranında edib və bu anları o da öz “Instagram”ında paylaşıb. Futbolçu platformada yazıb: “Mükəmməl nahara üçün təşəkkür edirəm. Səninlə tanış olmaq zövq idi. Çox qəribə təcrübə oldu. Miamidə görüşənədək”.


Nusretin Nyu-Yorkdakı restoranında əlçəksiz yeməklər hazırlaması ABŞ Səhiyyə Nazirliyinin də diqqətindən yayınmayıb. Nazirliyin rəsmisi demişdi ki, gələn şikayətləri dəyərləndiririk.


O, sanki bu danışılanlara inad dünyanın ən məşhur simalarından biri olan D.Bekhemə öz çılpaq əlləri ilə yemək yedizdirib.