bazar ertəsi, 19 fevral 2018

“WhatsApp” ilə necə pul göndərmək olar? – Video

180

Ötən gün “WhatsApp” bir ildir ki, üzərində çalışdığı “WhatsApp Payments” funksiyasını işə salıb.

Facemark.az xəbər verir ki, yeni funksiya hesabına artıq telefonlardan daha asan və sürətli şəkildə pulköçürtmə əməliyyatı həyata keçiriləcək.

Pulköçütmək funskiyası, həm Android, həm də İOS əməliyyat sistemlərində dəstəklənir. Məlumatlara görə, “WhatsApp Payments” funskiyasından hazırda yalnız Hindistanda istifadə edilir. Funskiyanın üzərində testlər başa çatdıqdan sonra isə bütün dünyada əlçatan olacaq.

“WhatsApp” ilə necə pul göndərmək olar?

“WhatsApp”dan pul göndərmək üçün “Ödəniş” bölməsinə daxil olmaq və istifadə şərtlərini qəbul edərək telefonun nömrəsini təsdiq etmək lazımdır.

Daha sonra ekranda siyahı şəklində bankların adı görünəcək. İstifadəçi müştərisi olduğu bankın adını seçərək, bank hesabını yoxladıqdan sonra, pul göndəriləcək istifadəçinin söhbət pəncərəsini açaraq ödəniş həyata keçiriləcək.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün