bazar ertəsi, 19 fevral 2018

Mark Zuckerberg pul itirdiyinə görə narahat deyil

139

İri sosial platformalardan biri olan “Facebook” istifadəçilərin saytda daha az vaxt keçirdiyinin fərqinə varıb.

Facemark.az xəbər verir ki, səbəb isə platformada alqoritmin dəyişdirilməsi və şirkətin qohum, dost postlarına istifadəçilərin daha asan əlçatanlığını artırmaq istəyi, brend və KİV məhsullarının saytda daha az görünməsi səbəb olub.

Güman edilir ki, yeni alqoritm itirilmiş balansın bərpasına, ünsiyyəti daha mənalı etməyə və insanların sağlamlığına, onların yalnızlıqdan qurtarmağa kömək olacaq. Yeni alqoritm hesabına platformada istifadəçilərin keçirdikləri vaxt 50 milyon saat azalıb.

Şirkətin başçısı və baş direktoru Mark Zuckerberg is bu məsələdə qorxulu nəsə görmür. Onun sözlərinə görə, cəmiyyətdəki insanlar və biznes uzunmüddətli perspektivdə qazanclı çıxacaqlar. Şirkət əmin olmaq istəyir ki, istifadəçilər platformada faydalı zaman keçirdirlər. Bu səbəbdən dolayı “Facebook” “Facebook Watch” xidmətini işə salır. Şirkət platformanı uzunmüddətli video-kontent ilə təmin edəcək bloggerləri prosesə qoşacaq. Şirkət güman edir ki, bununla istifadəçiləri daha uzun müddət saytda saxlaya biləyəcəklər.

Bu istiqamətdə daha bir addım isə statustun yenilənməsi zamanı “List” - Siyahı funksiyasının işə salınması olacaq. “TechCrunch” yazır ki, bu şirkətin rəngli fon daxilində yazılan statuslarından sonra, ən əhəmiyyətli dəyişiklik hesab edilir. Şirkətin bu istiqamətdə əsas məqsədi isə istifadəçiləri tez-tez şəxsi məzmunlu kontentləri paylaşmağa təşviq etməkdir. “List”-Siyahı funksiyası ilə siz Yeni ilə aid vədlərinizi müəyyən edə, dostlar, yaxınlarınıza şəxsi planlarınız haqqında məlumatlandıra bilərsiniz. Yenilik bu gündən başlayaraq istifadəyə veriləcək. Tədricən isə yeni funksiyalar inkişaf etdiriləcək. Yeni ideya şəxsi postların sayını artırmalı, reklam, virus videolarından yorulmuş istifadəçilərin marağına səbəb olmalıdır.

Son zamanlar, “Facebook”da şəxsi postların sayı mütəmadi olaraq enirdi. Eyni zamanda, şirkət gənc auditoriyasını da itirir. “Emarketer”in hesabatında görə, 2017-ci ildə şirkət ABŞ-da 25 yaşdan aşağı olan 2,8 milyon nəfər istifadəçisini itirib. Bu il isə bu rəqəmin 2,1 milyon nəfər olacağı gözlənilir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün