“Rusiyada alkoqol məhsulların onlayn satışına yaxın aylarda başlana bilər”.


Facemark.az RNS-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturov deyib.


Onun sözlərinə görə, eksperiment öncə şərab, pivə, az alkoqollu içkilərdən başlanılacaq: “Sonrakı mərhələrdə isə daha sərt içkilərin onlayn satışı nəzərdə tutulub”.


“Bu gün prosesin həyata keçirilməsi Maliyyə Nazirliyinin əlindədir. Biz qanun layihəsinin reallaşması üçün razılaşdıq. Düşünürəm, vəziyyət optimistdir. Yaxın aylarda qanun layihəsin qəbulu məsələləri öz həllini tapacaq”, - deyə nazir sözlərinə əlavə edib.


Xatırladaq ki, daha əvvəl Maliyyə Nazirliyi qanun layihəsi haqqında açıqlama vermişdi. Bildirilmişdi ki, 2018-ci il yanvarın 1-dən etibarən rus pivəsi, şampan, alma şərabı, medovuxa-içərisində bal olan alkoqollu içki və s. internet üzərindən satışına icazə veriləcək. Satışları isə yalnız istehsalçılar, pərakəndə ticarətçilər həyata keçirə biləcək.