Avropa mebel bazarının lideri “Beko” İspaniya futbol komandası, 300 milyondan çox pərəstişkarı olan “Barcelona” ilə 2014-cü ildən davam edən sponsorluq müqaviləsini yeniləyib.


Facemark.az xəbər verir ki, “Camp Nou”da baş tutan imzalanma mərasimində Koç Holding A.Ş. İdarə Heyətinin Rəhbər Vəkili Ali Y. Koç, “Barcelona” futbol klubunun prezidenti Josep Maria Bartomeu, Gerdard Piquédən əlavə, Koç Holding A.Ş. Dayanıqlı İstehlak Qrupunun başçısı Fatih Kemal Ebiçlioğlu, Arçelik A.Ş. CEO-su Hakan Bulgurlu, Arçelik A.Ş. Marketinq üzrə direktorun köməkçisi Zeynep Yalım Uzun da iştirak edib.



Müqavilənin şərtlərinə görə, “Beko” 2018-2019-cu il mövsümündən etibarən üç mövsüm daha markanın əsas sponsorlarından biri olacaq. Tərəflər arasında əldə edilən razılığa görə, “Beko” loqosu “Barcelona” formasının sol çiynində qalmaqda davam edəcək. Şərtlərdən biri də odur ki, “Barcelona”nın ulduz oyunçusu Gerard Piqué qlobal sosial “Çempionlar kimi qidalan!” layihəsinin kampaniya elçisi olacaq.



Qeyd edək ki, “Beko” 2014-2015-ci il mövsümündən etibarən “Barcelona”nın sponsorlarından biri olub. Bu isə markanın İspaniya bazarında davamlı inkişafına və böyüməsinə səbəb olan nüanslardan biri kimi qiymətləndirilir. Markanın İspaniya bazarına bu gedişlə daxil olması onun marka kimliyinin tanınmasına, Asiya-Pasifik, Yaxın Şərq, Afrika, Şərqi Avropa bazarında da dayanıqlı inkişafına kömək olmuşdur.