“Facebook”da ABŞ seçkiləri ilə əlaqədar reklam yerləşdirmək istəyənlər, şəxsiyyətlərini ənənəvi poçt kartları ilə təsdiqləməli olacaqlar.


Facemark.az xəbər verir ki, bu barədə “Facebook”un Siyasət Proqramlarının Qlobal Direktoru Katie Harbath deyib.


“Facebook”un sözçüsü yeni dəyişikliyin nə vaxt hazır olacağına dair dəqiq tarix verməyib: “Güman edirik ki, yeni sistem noyabrda keçiriləcək konqres seçkilərindən əvvəl hazır olacaq”, - o, deyib.


Onun sözlərinə görə, yeni sistem bütün problemləri (2016-cı ildə ABŞ-da prezident seçiləri ərəfəsində Rusiya tərəfindən platformada seçkilərə təsir edəcək reklamlar yerləşdirmişdi – red.) həll etməyəcək: “Düşünürəm ki, bu reklamverənlərin kimliyini təsdiq etmək üçün ən etibarlı yol olacaq”.


Qeyd edək ki, yeni sistem seçkilərdə namizəd olan siyasətçilər ilə əlaqədar reklam yerləşdirmək istəyənlərə şamil olunacaq. Onlar “Facebook”un poçt qutularına göndərdiyi kartda göstərilən koddan istifadə edərək ABŞ daxilində yaşadıqlarını təsdiq etmək məcburiyyətində qalacaqlar.