Azərbaycanda ən yaddaqalan yerli marka sloqanı və brendin hər-hansı məhsulunun sloqanının adı açıqlanıb.


Facemark.az sosial platforma üzərindən insanlara “Ən yaxşı yerli marka sloqanı dedikdə, ağlınıza hansı gəlir?” sualı ünvanlayıb. Qəribə də olsa, insanların ağlında brend ilə yanaşı, markanın hər-hansı məhsulu ilə bağlı olan sloqanı da yaddaqalan olub. Buna görə, həmin adları da yazıya əlavə edəcəyik.


Birinci pillədə yer alan sloqanlar belə olub: Doymak makaronları - Doymak hamının istəyidir, “Azpetrol” - Yaxşı yol!. Birinci pilləyə daha bir sloqan da daxil olub. Amma sosial platforma istifadəçisi zarafatla da olsa deyib ki, “sloqan dedikdə, hər zaman rəhmətliyin sözü yadıma düşür –“Connecting People” Nokia”.


İkinci pillədə isə “Bakcell”in öz marka sloqanı deyil, xidmət sloqanı yaddaqalan olub: “Bakcell” - pulları qopardırıq sel sel.


Üçüncü pillədə isə, “Bakcell” - Dəyişək, İnkişaf Edək!, Bakcell - “Bax nələr mümkündür”, “Sirab”- Hər damlasında həyat var, “AAAF inşaat” - Mülk Allaha məxsusdur, “Beko”- Bir dünya markası, (İdxal olunan məhsul olsa da, sloqanı yaddaqalan olub-red.) “Atabank”- Bir addım öndə, “Character shoes”- Xarakterine uyğun seçim sloqanları qərarlaşıb.


Dördüncü pillədə isə, “Azərçay”- doğma çay, “Technol”- hərəkətə hazır ol, Ayıq sürücü - adam kimi sürür, “Vita1000” - Dəyişməz dad, unudulmaz anlar, “Azercell”-lə həyat daha gözəldir, “Bank of Baku”- Sizə yaxın bankçılıq, “Bismak” – “Bismak” möcüzələr yaradır, “Kristal Abşeron”- Xəyallarınızı inşa edirik!