Fevralın 25-dən 28-dək Qatarın paytaxtı Dohada “INFLOW Katar Summit”i təşkil ediləcək.

Facemark.az xəbər verir ki, sammitdə dünyada milyonlarla insanın səyahət, moda, yemək, texnologiya seçimlərinə istiqamət verən kontent istehsalçıları, bloggerlər, sosial media fenomenləri öz təcrübələrini iştirakçılar ilə paylaşacaq.


60 fərqli sosial platformanı idarə edən adlar arasında “Pretty Little Liars” filmindəki rolu ilə diqqət çəkən Kanadalı aktyor Shay Mitchell, realiti şouları ilə tanınan Alice, Nadine ve Farah Abdel Aziz yer alacaq.


“Instagram” hesablarındakı əyləncəli paylaşımları ilə məşhur olan aktrisa Pelin Akil Altan – Anıl Altan cütlüyü, reklam çəkilişlərindən “outdoor lifestyle” fotoqraflığa keçən Ahmet Erdem və öz təcrübəsi ilə küçə fotoqraflığı edən müstəqil foto müxbiri Mustafa Seven sammitə Türkiyədən iştirak edəcək adlar arasında yer alır.