Almaniyanın nəhəng avtomobil markası “Porsche” 1983-cü ildə bazara yeni avtomobil təqdim edir. Bütün şikayət və təkliflərə açıq olan şirkət avtomobilin bazara təqdim edilməsindən 2 ay sonra şikayət məktubu alır. Müştərinin şikayəti isə belədir:


“Adım Danny Troatmandır. Nyu Jerseydə yaşayıram. Həyat yoldaşım və uşaqlarım ilə birlikdə film izləməyə getməmişdən öncə, şəhər mərkəzində yerləşən marketdən dondurma alıram. Təbii ki, bir ay əvvəl aldığım “Porsche” avtomobili ilə. Maraqlıdır ki, şokolad və çiyələkli dondurma alıb evə qayıtmaq istədikdə, avtomobil işləmir. Vanilli dondurma alıb geri qayıtdıqda isə, avtomobil rahatlıqla işə düşür. Bunu bir neçə dəfə sınaqdan keçirtdim, hər dəfəsində eyni nəticəni aldım. Öncədən, köməyiniz üçün təşəkkür edirəm”.


Bu hadisə Azərbaycanda baş versəydi, nə olardı? Yazınızı oxuyub, gülər və sizin şikayətinizi ciddi qəbul etməzdilər. Müştəri məmnuniyyətini ön planda tutan şirkət isə adıçəkilən şəhərə mühəndis göndərir və ondan problemi həll edənə qədər orada qalmasını tələb edir. Səhəri gün isə mühəndis Nyu Jerseyə çatır və şikayətçi - Danny Troatman ilə görüşür. Mühəndis bir neçə dəfə şikayətçi ilə marketə gedir və dondurma alır. Hər dəfəsində eyni hadisə yaşanır. Troatman şokoladlı və çiyələkli dondurma alıb, avtomobilə qayıtdıqda, avtomobil hərəkət etmir. Vanilli dondurma alıb qayıdan zaman isə mühərrik rahatlıqla işə düşür. Bir ay keçəndən sonra mühəndis hadisənin səbəbini tapır.


Yeni model “Porsche” avtomobilində istifadə edilən soyutma sistemi, avtomobil dayandırıldıqdan sonra işə düşür və avtomobil müəyyən istiliyə düşənə qədər mühərriki açara salır. Marketdə ən çox satılan dondurma isə vanilli olandır. Buna görə də, vanilli dondurma piştaxtası yanında daima növbə olur. Troatman növbəyə girib dondurmanı alana qədər xeyli vaxt keçir. Bu isə mühərrikin soyuması üçün kifayət edir.


Lakin şokolad və meyvəli dondurma piştaxtası yanında isə növbə olmur. Müştəri növbəsiz dondurmanı alıb geri qayıdır. Mühərrik isə açarda olduğuna görə, avtomobil işləmir.


Mühəndis bu hadisədən sonra hesabat hazırlayır və onu şirkətə təhvil verir. “Porsche” isə qısa zaman kəsiyində bazara buraxılan bütün yeni modelləri geri çağırır. Dəyişikliklər aparıldıqdan sonra, bazara yenidən çıxarılır.


Qeyd edək ki, bu hadisə real hadisələrə dayanır. Yerli mənbələrdə hadisələrin “Porsche” avtomobili ilə baş verdiyini yazılır. Əcnəbi mənbələrdə isə bu hadisəni “General Motors – Pontiac” avtomobili ilə baş verdiyi qeyd olunur.