“Forbes” jurnalı Rusiya internetində - RuNet (öncədən biznes payı olan şirkətlər) ən bahalı şirkətlərin reytinqini açıqlayıb.


Facemark.az xəbər verir ki, reytinq cədvəli nəşrin saytında dərc edilib.


Reytinqin birinci pilləsində 12,38 milyard dollarlıq dəyəri ilə “Yandeks” tutur. Ötən il isə nəşrin qiymətləndirmələrinə görə, şirkətin dəyəri 7,6 milyard dollar olub. İkinci yerdə isə 6,86 milyar dollarlıq dəyəri ilə “Mail.Ru Group” qərarlaşıb. “Forbes” qeyd edir ki, şirkət aktivlərinin portfelini daimi olaraq genişləndirir. Son qiymətləndirmələrə görə, şirkət ərzaq satış bazarının 41%-ni əlində saxlayıb. Birinci üçlükdə isə 2,7 milyard dollarlıq dəyəri ilə elektron məlumat lövhəsi “Avito” qərarlaşıb. Xidmət hər ay 32 milyon insan tərəfindən istifadə edilir.


Reytinqin növbəti pillələrində isə onlayn-riteyler, 602 milyon dollarlıq dəyəri ilə “Wildberries”, 454 milyonluq dəyəri ilə “Lamoda”, 369 milyon dollarlıq dəyəri ilə “Ozon Group” qərarlaşıb. Biletlərin onlayn sifariş edilməsi xidməti “Biletix” isə ilk dəfədir ki, nəşrin reytinqinə daxil olur. Buna baxmayaraq o “Forbes”in nəşrində 264 milyon dollarlıq dəyəri ilə 7-ci sırada qərarlaşıb. Onu 228 milyon dollarlıq dəyəri ilə iş axtarışı üçün resurs “HeadHunter” izləyir. Doqquzuncu yerdə onlayn diskaunter “Sitilink” 224 milyon dəyəri ilə qərarlaşıb. Top10-ğu isə 211 milyon dollarlıq dəyəri ilə geolokasiya xidməti 2QİS bağlayır.