“Uber”də baş verən cinsi təcavüz hadisəsindən sonra şirkətin CEO-su Travis Kalanick vəzifəsindən istefa etmişdi.


Facemark.az xəbər verir ki, T.Kalanick dünən “Twitter” hesabı üzərindən (@travisk) etdiyi açıqlamada “10100 adında fond qurduğunu elan edib. 10100 onun bütünlüklə mənfəət əldə etməyə fokuslanmadığı yeniliklərin adresi olacaq.


“Uber”in sabiq CEO-su, həmçinin deyib ki, bu qərarın qəbul edilməsindən öncə, çeşidli investisiyalar edib, idarəetmə idarələrinə baş çəkib, təşəbbüskar şəxslər və STK-larla çalışıb. Kalanick belə bir şirkət təsis etməsinin arxasında dayanan səbəbi isə belə izah edib: “10100 geniş iş imkanları yaradacaq”.




O, bunun üçün Çin, Hindistan kimi ölkələrdə əmlak, e-ticarət, yeni ortaya çıxan yenilikçi işlərə investisiya edəcək. Kalanick mənfəət güdmədiyi layihələri üçün də təhsil və gələcəyin şəhərlərinə fokuslanacaq.


Travis Kalanick açıqlamasının sonunda e-mail ünvanını travis@10100fund.com paylaşıb. O deyib ki, yeni açdığı fond ilə bağlı sual və təklifləri olan şəxslər onunla e-mail üzərindən əlaqə qura bilər.


Mənbə: digitalage.com.tr