Finlandiya hökumətinin investisiya şirkəti “Solidium” “Nokia”dan səhm alışını həyata keçirdib.


Facemark.az xəbər verir ki, “Solidium” 3%-li səhm qarşılığında, nə az, nə çox düz 1 milyard 4 milyon dollar ödəyib. İnvestisiya şikəti bu həmlə ilə, “Nokia” üzərində dövlətin təsirini artırmağı hədəfləyir.


“Reuters”də yayımlanan xəbərə görə, “Solidium”un CEO-su Antti Makinen “Nokia”dan səhm alışının onlar üçün yaxşı investisiya aləti olduğunu deyib: “Kimsə, yenidən xatırlamalı idi ki, “Nokia” ölkənin ən böyük şirkətlərindən biridir”.


A.Makinen sözlərinə əlavə edib ki, bununla belə “Nokia”da dövlətin payı çox azdır. “Solidium” investisiyaları ilə, əsasən idarə heyətinin qərarlarına müdaxilə etmir, amma bu ildən etibarən səhm aldığı hər bir şirkətdə idarə heyətinin qərarlarına təsir edəcək.


“Nokia”: Hardan haraya?


10 il bundan qabaq “Nokia” qlobal cib telefonu sənayesinin nəhəng firması idi. Firma ölkə ÜDM-nin 4%-ə sahib idi. İxracatın da 20%-ni qarşılayırdı. Bundan başqa, “Nokia”nın internet saytındakı məlumatlara görə, 3 pensiya fondu da firmanın 3%-lik səhminə sahibdir.


“Solidium”un CEO-su ötən aylarda “Reuters”ə başqa dəyərləndirmə edib və “Finlandiya firmalarının az, ya da çox şəkildə Fin mənşəli qalmalarını istəyirik”, - demişdi.


“Solidium” hazırda xalqa açıq 12 Fin şirkətində az da olsa səhmə sahibdir və bunların önəmli qismi dövlətin liderlik etdiyi sənayeləşdirmə dövründən qalmadır.


Mənbə: digitalage.com