“Google” şirkəti praktiki olaraq 2 dəfə çox şübhəli hesab etdiyi reklamları platformadan silib.


Facemark.az Adindex.ru-ya istinadən xəbər verir ki, bu barədə “The Drum” saytı yazıb.


Şirkətin dünən açıqladığı statistik hesabata görə, kompaniya 2016-ci ildə 1,7 milyard reklam postunu platformadan silib. Ötən il isə bu rəqəm 3,2 milyarda qədər yüksəlib. Bu isə bir ildə 88% artım deməkdir.


Axtarış sisteminin nümayəndəsinin sözlərinə görə, şirkət 2017-ci ildə istifadəçiləri avtomotik zərərverici saytlara yönləndirən 79 milyon elanı silib. Bundan başqa, daha 400 min təhlükəli sayt da şirkətin blokuna düşüb. Axtarış sistemi, həmçinin trick to click-in 66 milyon elanını bloklayıb. 48 milyon elan isə istifadəçiləri arzu edilməyən proqram təminatını yaratmağa təşviq etdiyinə görə platformadan çıxarılıb.


“Google” öz reklam şəbəkəsindən təhlükəli paylaşımlar edən 320 min nəfəri də silib. Ümumilikdə, 90 min sayt və 700 min mobil platforma müxtəlif səbəblərə görə, platformanın reklam şəbəkəsindən kənarlaşdırılıb. AdWords-dən isə qayda pozuntularına görə, 7 mindən çox hesab silinib. 2016-cı ildə isə bu rəqəm 1,4 min olub. 12 min sayt isə başqa istifadəçilərin konentlərini kopyaladığına və təkraraladığında görə silinib.


Kompaniya əmin edib ki, təhlükəli elanlar istifadəçilərə çatmadan aşkar edilib və dərhal aradan qaldırılıb.


Xatırladaq ki, 2017-ci ildə şirkət reklamverənlər üçün 28 maddədən ibarət olan qaydalar toplusu hazırlamışdı. Reklam qaydalarına 20 dəyişiklik edilmişdi.


Qeyd edək ki, dünən “Google” şirkəti elan etdi ki, kriptovalyuta ilə bağlı bütün reklamları qadağan edəcək. Artıq bununla bağlı şirkət qərar da qəbul edib. Dəyişiklik iyun ayının 1-dən etibarən qüvvəyə minəcək.