“Fransa Amerikanın nəhəng texnologiya koorporasiya şirkətlərini “Google” və “Apple”ı məhkəməyə verəcək”.


Facemark.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Fransanın iqtisadiyyat naziri Bruno Le Maire deyib.


Nazir bildirib ki, “Google” və “Apple” fransız şirkətlərinə qarşı haqsız davranır: “Onlar bazardakı mövqeylərindən sui-istifadə edirlər. Adıçəkilən şirkətləri məhkəməyə verəcəyik”.


Le Maire deyib ki, iki nəhəng şirkət bir neçə milyon avro dəyərində cəza ala bilər: “Bu ilin sonuna qədər “Google”, “Apple”, “Facebook”, “Amazon” kimi internet nəhənglərininə yönəlmiş vergi qərarları qəbul ediləcək. Yeni qərarlar 2019-cu ildən tətbiq edilməsini istəyirik”, - deyə nazir sözlərinə əlavə edib.


Nazir ötən ilin dekabr ayında bazardakı mövqeyinə istifadə edib, fransız şirkətlərinə qarşı ticari təzyiq etdiyinə görə, “Amazon” şirkətini məhkəməyə vermişdi.


Son zamanlar Fransız dövləti ilə ABŞ-ın texnologiya koorporasiyaları arasında münasibətlər mürəkkəbləşməkdədir. Hökumət tələb edir ki, onlar ölkə ərazisində əməliyyat ofislərini açsınlar və dövlətə daha çox vergi ödəsinlər.