Kitab mağazası “Babuin” ilə Passport reklam agentliyi balacalar üçün şən uşaq menyusu hazırlayıb.


Uşaq üçün kitab formasında hazırlanan menyuya təkcə baxmaq kifayət deyil həmçinin illüstrasiyalar üçün mövzuları da oxumaq maraqlıdır. Hər bir şəkildə müxtəlif nağıllardan olan məşhur qəhrəmanları əks olunub, hətta qeyri-adi və gülməli vəziyyətlərdə. Məsələn, şahzadə qurbağa nəinki şahzadəni ox ilə qarşılayır, hətta oxun üzərindəki kababla birlikdə, axı şahzadənin ürəyinə gedən yol mədəsindən keçir.


Canlı, parlaq illütrasiyalar, qeyri-adi format həm uşaqların, həm də böyüklərin diqqətini çəkir.