IKEA yeni biznes modelini test edir.


Facemark.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb. Şirkət bu ilin fevral ayından etibarən mebellərin kirayə verilməsi üzrə pilot layihəni test edir.


“Əgər kirayəni vaxtı başa çatırsa, siz onu geri qaytara və bir başqasını götürə bilərsiniz”, - deyə Inter IKEA-ın icraçı direktoru Turbern Lef deyib. “Test ofis mebelləri üzərindən ediləcək, buna səbəb isə bir çox şirkətlərə lizinq yolu ilə alışlardansa bunun daha səmərəli olmasıdır”, - deyə nəşr yazıb. Bundan başqa, abunə üzrə mətbəx qarnituru da əlçatan olacaq.


Pilot layihənin reallaşacağı ölkə öncə İsveçrədir.


Qeyd edək ki, bu layihə IKEA-nın yeni biznes strategiyasının bir hissəsidir. Birinci addım kimi şirkət şəhər ətrafına yaxın yerlərdə mağazalarını açmışdı. Rusiyada belə bir mağaza Moskva dairəvi avtomobil yolunun yaxınlığında bu ilin yayında açıqlacağı gözlənilir.