Çinin telekommunikasiya korporasiyası “Huawei” Rusiya istehsalçısı “Vokord”un intellektual mülkiyyət hüquqlarını əldə edib.
Facemark.az-ın məlumatına görə, “Vedomosti” nəşri yazır ki, söhbət üzlərin tanınması texnologiyasının alınması istiqamətində gedir.
Saziş mayın 17-də “İQL Softlab” şirkəti vasitəsilə həyata keçirilib. “İQL Softlab” “Huawei”in Rusiya və Honk-Konqdakı törmə firmalarını idarə edir.
“Vokord” öz patentini və avadanlıqlarını “İQL Softlab”a satıb. Bura həmçinin istehsalı komandanın böyük bir hissəsi də daxildir.
Mənbənin “Vedomosti” nəşrinə dediyinə görə, “Huawei” “Vokord”u 40-50 milyon dollar dəyərində qiymətləndirib.
Nəşr yazır ki, Çin telekommunikasiya nəhənginin özünün biometrik texnologiyaları mövcuddur. O yalnız “Vokord”un digər istehsal etdiyi məhsullar, məsələn “ağıllı” funksiyaları olan HD-kameralar ilə maraqlana bilərdi.
Bundan başqa, “Huawei” saziş nəticəsində Rusiyada ixtisaslaşdırılmış əməkdaşlarının sayını artırmağı planlaşdırır.
Qeyd etmək yerinə düşər ki, daha əvvəl “Google” şirkəti öz texnologiyalarına girişi “Huawei” üçün bağladı. Dəyişikliyin fonunda “Huawei”in məhsullarına tələbat düşə bilər. Buna görə də, şirkət Rusiyada “Huawei” flaqmanlarının satışlarını stimullaşdırmaq üçün alış zamanı endirim və bonuslar təklif edir.