Müasir dövrdə texnologiyanın inkişafı məhsul və xidmətlər ilə yanaşı marketinqdən də təsirsiz ötüşmür. Bu dəyişikliklər onların tanıtım şəkillərinə təsir edir. Məsələn, əvvəllər müştəri ilə ancaq telefon və ya e-poçt vasitəsilə əlaqə saxlamaq mümkün idisə, artıq kommunikasiya kanallarının sayı-hesabı yoxdur. Yəqin ki, bir çoxumuz son günlər “Omni Channel Marketing” haqqında eşidirik. Maraqlıdır, hamının sevərək bəhs etdiyi bu termin nədir?


Əvvəlcədən qeyd edim ki, “Omni Channel Marketing”i anlamağın ən rahat yolu onu “Multi Channel Marketing” ilə müqayisə etməkdir. Vizualların sözlərdən daha tez informasiya ötürdüyü dövrdə aşağıdakı şəkillərlə 2 termin arasındakı fərqi izah etmək istəyirəm:




Qısacası, “Multi Channel Marketing”in əsas məqsədi birdən çox kanal vasitəsilə daha çox potensial müştərilərlə əlaqəyə girə bilməkdir. Bu kanal- telefon, sosial media, mağaza, bilbord və s. ola bilir.


“Omni Channel Marketing”in əsas məqsədi isə bir neçə kanalın bir-birinə inteqrasiyası nəticəsində müştəriyə daimi və qüsursuz alış-veriş təcrübəsi yaşatmaqdır.


Deyə bilərik ki, hər ikisinin ortaq cəhəti birdən çox tanıtım kanallarından istifadə etməkdir. Fərqli cəhətləri isə yuxarıda qeyd etdiyimiz kimi strategiyalarının fərqli olmasından qaynaqlanır.


Sual yarana bilər “Hansı daha faydalıdır?” Vəziyyətdən aslı olaraq dəyişsə də, “Omni Channel Marketing” daha faydalıdır. Çünki burada əsas məqsəd daha rahat və yüksək səviyyədə alış-veriş imkanı formalaşdırmaqla müştəridə brendə qarşı dəyər və mənəvi bağ yaratmaqdır.



Şəbnəm Abdullayeva,



Fil Agency-nin dijital marketinq meneceri