Xəbər verdiyimiz kimi “Apple” şirkətinin dizayn üzrə baş direktoru Conatan Ayv (Jony Ive-ing.) cari ilin sonunda öz postunu tərk edəcək.


Facemark.az xəbər verir ki, bu xəbərdən sonra, “Apple”in səhmləri 1,5% düşdü. Nəticədə şirkətin dəyəri 9 milyard dollar azaldı.


Qeyd edilir ki, Ayv “LoveFrom” adında dizayn şirkəti açacaq və ilk müştərisi də elə “Apple” olacaq.


Xatırladaq ki, 2011-ci ildə vəfat edən “Apple”in təsisçisi Stiv Cobs bir dəfə demişdi ki, “Apple-da bir ruh partnyorum varsa, o da Conidir”.