İnternetdə Skype-ın dinlənilməsi ilə bağlı şaiyələr sürətlə yayılır. Hətta bəzi rus mətbu orqanları camaatı qorxudaraq yazırlar ki "Microsoft" şirkətinə aid Skype səs servisi hüquq mühafizə orqanları ilə tam əməkdaşlıq edir. Qərb saytları heç də geri qalmırlar, baxmayaraq ki, onlar şaiyələri daha yumşaq şəkildə yayırlar. Məsələn, Zdnet güman edir ki, hətta Skype-ın dinlənilməsi ilə bağlı təsdiq olunmamış məlumat belə korporativ bazarda onun mövqeyini təhlükə altına qoyur.

Əslində nə baş verib: bu şaiyələrin mənbəyi haradır və onlar nə qədər həqiqətə uyğundurlar?

Şaiyələr haradandır?

17 iyulda Extremetech.com saytı Skype-ın "superdüyünləri" arasındakı trafik mübadilə sisteminin modifikasiyasının texniki tədqiqi barədə yazı çap edib. Saytın məlumatına görə, Skype-ın "superdüyünləri" arasından təkcə istifadəçilər arasında qoşulma sorğuları deyil, həm də trafikin özü (səs və video) keçir. Belə çıxır ki, danışıqda üçüncü şəxs peyda olur, onun vasitəsilə də trafikə nəzarət etmək olur. Extremetech həmin anda Skype-a müraciət edir və dəqiq cavab alır: superdüyünlər "şəbəkənin əhatəsinin genişləndirilməsi,məhsuldarlığının qaldırılması, və daha əlçatan olması üçün tətbiq edilib". "Forbes" məsələni həmin dəqiqə başa düşür, haker şəbəkələri həmin andan müzakirələrə başlayırlar.

5 gün əvvəl isə ən yaxşı internet qəzetlərdən biri olan Slate "Skype danışmaq istəmir, bəs bizim danışıqlarımızı dinləyə bilər?" adlı məqalə çap etdi. Qısa desək, məqalənin məğzi belədir. 2011-ci ildə Skype-ı alan Microsoft korporasiyası VoİP xidmətlərlə istifadə üçün"qanuni dinlənilmə" texnologiyasının patentini aldı. Bu yaxınlarda isə ekspert-hakerlərin məlumatlarına görə, Skype-ın arxitekturasında əməlli başlı dəyişikliklər oldu, bu dəyişikliklər həm də potensial olaraq zənglərin "qeyri-qanuni dinlənilməsini" də asanlaşdırır.


Slate-in jurnalisti Skype-a zəng edir ki, bu məsələ ilə bağlı fikir öyrənsin, amma dinlənilmələrlə bağlı suallara cavab ala bilmir. Bu da sitat: " Skype-ın piarçısı Haim Haas şirkətin siyasətinə əsaslanaraq, bu məsələnin təsdiqindən və ya təkzibindən imtina etdi. O yalnız onu dedi ki, Skype "hüquqi və texniki cəhətdən mümkün olduğu qədər hüquq mühafizə orqanları ilə əməkdaşlıq edir". Sonra isə belə bir nəticə çıxarılıb ki, gərək Skype nüfuzu ilə bağlı suallara cavab verməklə daha açıq siyasət yolunu tutsun.

İki mübahisəsiz fakt var: 1. "Microsoft"un səs və video trafiki dinləmə texnologiyasına patenti var

2. Bu yaxınlarda Skype mübadilə tarifi sistemində dəyişikliklər edib- bu şəbəkənin əhatəsini genişləndirir, amma eyni zamanda da onu zəiflədir.

Nəticə: baxmayaraq ki, Skype məqsədyönlü tətbiq edilmiş dinləmə texnologiyasını təkzib edir, istənilən halda bu məsələdə dinlənilmə riski yuxarıdır. Yaxşı, bəs bu yeni xəbərdirmi?

"Microsoft" hansı texnologiyanı patentləşdirib?

Microsoft trafiki "qanuni dinləmə" texnologiyasını bir ildən çoxdur ki, patentləşdirib- bu hamıya məlum faktdır. Biz texnologiyanın hazırlanması qərarı alınan zaman kompaniyanın menecerlərinin bütün motivlərini bilmirik, lakin bir şey məlumdur: üç ildən çoxdur ki, Amerika hüquq-mühafizə orqanları bütün VoIP operatorlarından məhkəmə qərarı əsasında, xüsusi sorğular zamanı səs və video fraqmentlərin alınmasına zəmanət tələb edir.

Vəziyyəti başa düşmək olar. Skype havasız məkanda yaşamır, onu kommunikasiya aləti kimi hətta qeyri-qanuni hallarda da istifadə etmək olar ( məsələn, terroristlərin danışıqları zamanı); məhkəmə də vətəndaşların təhlükəsizliyini təmin etmək naminə istənilən servisdən məlumat tələb etmək haqqına sahibdir. Problem ondadır ki, Skype-ın mürəkkəb şifrəli sistemi bu məlumatların çıxarılmasına əngəl olurdu. İş o yerə çatmışdı ki, Almaniya məsələn virusyazanlar vasitəsilə Skype danışıqların şübhəli şəxsin komputerinə yazılması üçün troyan virusu tətbiq etmişdi. "Qanuni dinlənilmə" patenti sə bu problemi kökündən həll edir.

Bəs, Skype-ın reputasiyası üçün bu qədər təhlükəli alətlərin hazırlanmasına etiraz etmək şansı var idi? Yox. Şirkət ABŞ-da yaşayır və işləyir, ona görə də bu qanunlara tabe olmalıdır. Skype-a xüsusi təzyiq göstərilibmi? Çətin ki. Ən uzağı nizamlayıcıların Skype-a təzyiqi digər kommunikasiya servislərinə edilən təsirdən heç də çox deyil- istər telefon olsun, istər sosial şəbəkə.

Şirkət bizim danışıqlarımızı istənilən dövlət və ya özəl sorğulara cavab olaraq verə bilərmi? Rəsmi olaraq yox. Yalnız məhkəmə qərarları ilə (o da Amerika məhkəməsi, çox nadir hallarda digər məhkəmələr ola bilər). O bunu beş il qabaq da edə bilərdi, amma onda biz bunu bilmirdik, heç ağlımıza da gəlməzdi.

Nə dəyişdi?

Əlbəttə toxunulmaz İsveç bankları nüfuzuna malik şirkətin birdən birə zəif olmasını bilmək heç də xoşagələn deyil. Bu xəbərin həzmini ancaq o yumşalda bilər ki, bu nə bu gün, nə dünən, nə də "Microsoft"un Skype-ı almasından sonra baş verməyib. Xidmət şəxsi məlumatların toxunulmaq müdafiəçisi kimi aktiv reklamlara baxmayaraq, həmişə yalnız ABŞ-ın deyil, digər ölkələrin də hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edib.

Əsası odur ki, artıq uzun illədir Skype-ın üçüncü - "konfidensiallıq vəziyyəti" bölməsində deyilir ki, xidmət və onun şərikləri hüquqi sorğu gəldiyi halda sizin şəxsi məlumatlarınızı və ya danışıqlarınızın mətnini məhkəmə, hüquq-mühafizə və ya hakimiyyət orqanlarına vermək haqqına malikdir.



Vəziyyət həm də göstərir ki, Skype vasitəsilə göndərilmiş ani mesajlar 30 gündən artıq saxlanılmır. Qanunla baxılmış digər saxlama müddəti təyin edilməsi istisnadır.

Fakt fakt olaraq qalır: biz uzun illərdir ki, heç bir şəraitdə, heç bir istisna olmadan məlumatlarımızın toxunulmazlığına zəmanət verməyən bir xidmətdən istifadə edirik.

Digər hər hansı xidmətə tələsməzdən qabaq isə onun konfidensiallığı haqqındakı bəndi oxuyun və çox güman ki, siz anoloji sözləri orada da görəcəksiniz. Özü də o cümlələr ora çoxdan yazılıb.

Slon.ru