Azərbaycanda ilk praktik marketinq seminarı olaraq fəaliyyət göstərən “Marketing AİR” oktyabr ayının 10-dan etibarən yenidən təlimlərə start verir.


Facemark.az xəbər verir ki, son 7 ildə artıq 14 belə praktik marketinq təlimləri keçirilib və indiyədək 600-dən çox məzunu olub.


Təlimlərin konsepsiyası dörd amilin üzərində dayanır. Belə ki, bu təlimlərdə Biznes, İdarəetmə, Marketinq və Praktik yanaşma üzərində tədris həyata keçiriləcək. Təlimlərdə 20 seminar olmaqla 4 əsas mövzu əhatə edilir. Bu mövzularda Biznesin yaradılma alqoritmi, idarəetmə prosesində olan məsələlər və Marketinq tədris ediləcəkdir. Həmçinin, təlimlər zamanı Azərbaycan şirkətlərinin top menecerləri tərəfindən sırf praktikaya əsaslanan 5 masterklass nəzərdə tutulub.


Təlimçilər:


Təlimləri “Mutfakçı” mebellər şəbəkəsinin Sahibkarı İlkin Manafov, “Modern Group” şirkətinin Baş Direktoru Anar Bayramov və “Modern Group” şirkətinin Biznesin İnkişafı üzrə Direktoru Rafiq Vəliyev keçirəcək.


Məkan və vaxt:


“Dəmirçi Plaza”da keçiriləcək təlimlərdə innovativ tədris konsepsiyası tətbiq ediləcək. Təlimlərdə milli biznes-keys və ev tapşırığı olacaq. Belə ki, tədris zamanı dinləyicilər yalnız milli keyslər, praktik yanaşmalar deyil, həmçinin verilən ev tapşırıqları əsasında mövzularla daha dərindən tanış olacaqlar. Təlimlər həftədə 2-3 dəfə olmaqla saat 19:00-da başlayıb 21:00-da bitəcək.


Mövzular:


1.Biznes istiqaməti üzrə olan 5 mövzuda, əsasən yeni biznes yaradılma alqoritmləri, biznesin həyat tsiklinə görə yanaşmalar və mövcud bizneslərin inkişafı barədə təlimlər veriləcək. Ümumi olaraq 3 ev tapşırığı nəzərdə tutulur.


2.İdarəetmə istiqaməti üzrə olan təlimlərimizdə liderlik, biznesdə idarəedilmə sistemləri, idarəetmədə dayanıqlı inkişaf modelləri barədə söhbət açılacaq.


3.Marketinq istiqaməti üzrə olan təlimlərdə, əsasən marketinqdə motivasiya elementləri və satış, marketinq kommunikasiyaları, satışa yönəlik marketinq aktivlikləri və yeni-mediyalar haqqında olan fikirlər əsas mövzular olacaq.


“Marketinq AİR” təlimlərində ilk dəfə olaraq qlobal təcrübədə tətbiq edilən “Steinbeis Qlobal” Institutut tərəfindən patentləşdirilmiş “İmlead” modeli də tətbiq ediləcək. Bu model özündə mövzuların birbaşa olaraq təlimdə iştirak edənlərin ehtiyaclarına uyğunlaşdırılması, prezentasiyalarda xüsusi səs-effektlərindən istifadə və ev tapşırıqlarının verilmə qaydalarını əks etdirir.


Qeydiyyat:


Təlimlərdə qeydiyyat facemark.az saytında http://marketingair.facemark.az/ linki vasitəsilə mümkündür.


Linkdə xüsusi yerləşdirilmiş cədvəli doldurmaq lazımdır. Qeydiyyat 05 Oktyabr 2019-cu il tarixində bitir. Təlim isə 10 Oktyabr tarixindən başlayaraq 2 ay ərzində 20 mövzu üzrə davam edəcəkdir.


İştirak haqqı:


Marketing AİR təlimlərində iştirak haqqı 400 AZN-dir. Şirkətlər üçün xüsusi, sərfəli korporativ paketlər də nəzərdə tutulub.


Əlaqə vasitəsi:


Təlimlərlə bağlı hər hansı sual və məlumat üçün info@satgroup.az mailinə yaza və ya 055 455 56 45 mobil nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.