çərşənbə axşamı, 21 yanvar 2020

Biznes İdarəçiliyi forumu! Ölç, Qur, İdarə et!

322

08 Noyabr, Bulvar oteldə 400 nəfər biznes sahibləri və top menecerləri bir araya gətirən Biznes İdarəçiliyi Forumu ölkəmizdə 2-ci dəfə keçirildi.

BİF2019-da Biznes İdarəçiliyinin inkişafına təkan vermək, bu sahədə yerli kadrların daha da təkmilləşdirilməsi üçün xüsusi dəvət olunmuş mütəxəssislərin çıxışları oldu və vacib müzakirələr aparıldı. Biznes İdarəçiliyi Forumunun keçirilməsinin əsas məqsədi dünyada olan idarəçilik trendlərinin, müasir idarəçilik alətlərinin müzakirə edilməsi və biznes idarəçilərimizi həmin alətlərin tətbiqinə stimullaşdırmaqdır.

Müxtəlif sferalardan idarəçilər real idarəçilik keyslərini və öz təcrübələrini iştirakçılarla paylaşaraq, sual-cavab bölümündə önəmli sualları cavablandırdılar.

Biznes İdarəçiliyi Forumu Ölçülü İdarəetmə, Sistemli İdarəetmə və Strateji İdarəetmə mövzuları üzrə 3 paneldən ibarət idi. Hər paneldə 1 moderator və 3 spiker olmaqla toplamda 13 nəfər mütəxəssis çıxış etmişdir: İmran Bağırov (Aga Group – Apollon layihəsinin rəhbəri) – Rəqəmsal transformasiya, Məcnun Məmmədov (Agro Food Investments LLC - CEO) – Cücəni payızda sayarlar, Tural Həsənov (Nar - Marketinq araşdırmaları şöbəsinin rəhbəri) - moderator, Aydın Hüseynov (AFB Bank – İdarə Heyətinin Sədri V.İ.E.) – Biznesdə idarəetmə metrikaları, Rəkam Bağırov (Business Insight - CEO) – Ölçülü idarəetmənin sədaqət proqramlarında rolu, Fəxri Ağayev (İdarəçi) - moderator, Fərid Baxşıyev (KPMG – Departament Direktor) – Biznes proseslərinin optimallaşdırılması – prioritet istiqamətlər və çağırışlar, Talıb Abbaszadə (158 TAXİ – CEO) – Sistemləşməyə gedən yol, Ruslan Talıbov (eManat - CEO) – Sistemli idarəetmə, Nə, Necə, Nə üçün?, Xəyal Məmmədxanlı (Zaman Insurance & Reinsurance Broker - Biznesin inkişafı üzrə Baş Direktor) - moderator, Rauf Axundov (Synergy Group - CEO) – Biznesdə rəqabət üstünlükləri, Ruslan Əliyev (Avrora Group – İstehsalat müdürü) – Dəyişən strategiyalar, Emin Quluzadə (PeopleBrand - CEO) – Bazar strategiyası (Market strategy).

Bütün tərəfdaşlara dəstəkləri üçün təşəkkür edirik!

Təşkilatçı: SAT Group

Bank Sponsor: Rabitəbank
Sponsor: İdeal Dizayn, PASHA Life, Flame Tours & DMC, BSC Group
Kreativ və Dijital tərəfdaş: Morpho
Çap və promo tərəfdaşı: Creatime
Proqram tərəfdaşı: Logix
Tərəfdaş: Erickson Azerbaijan, Foto Xalça, SAT Academy

Media tərəfdaş: Marja.az, Financetime.az, Banco.az, Fİns.az, facemark.az, Baku.WS, Techland.az

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün