çərşənbə axşamı, 21 yanvar 2020

Dünya indi gənc, perspektivli dizaynerlər istəyir


Səbuhi Rüstəmov


298

Ayrı-ayrı şirkətlərin nəyin sayəsində güclü rəqibə çevrilmələrindən və öz bazarlarında liderlik mövqeyi qazanmalarından, bazarda özünü təsdiq etmək, hətta tariflər yüksək olmayan vaxtı imkanları əldən buraxmamaq və udmağı davam etdirmək üçün necə fikirləşmək və nə ilə risk etmək barədə cəlbedici fikirləri iş dünyasının çox saylı şəxsləri bilir.

Bu gün bu bloq postda gələcəyin biznesini idarə edən şəxslərdən az da olsa danışmaq istəyirəm.

Şirkətlər-güclü rəqiblər özlərinə istənilən ödəniş qabiliyyətli müştərini qazandırmaq üçün daim, yorulmadan və dayanmadan qanunla icazə verilmiş hər şeydən istifadə edirlər. Onlar hər zaman hansısa yenilikləri tətbiq edirlər. Onlar daim satır, genişlənir və bazarın nəbzini əldə saxlayırlar. Onlar məşq edir, məşq edir, məşq edir və hazırlayır, düzəldir, yaradırlar. Onlar bütün lazım olmayanları və faydasızları atırlar. Onlar udmaq üçün oynayırlar. Onlar üçün hər bir yaxşı alıcı, hər bir satış, cibdəki hər bir penni (qəpik-quruş) zəruridir.

Güclü rəqiblər bənzərsiz müştəri xidməti, qibtə ediləcək innovasiyalar, qiymət liderliyi, yüksək dərəcəli imic, bazarda davamlı mövqelər və əzəmətli ticarət markaları ilə fərqlənirlər; öz sahələrində onlar “daha çox öyünürlər və onlar pul gətirirlər”.

Güclü şirkətlər diqqətlərini öz müştərilərinə və öz rəqiblərinə yönəldirlər. Bu şirkətlər onların bütün hərəkətlərini izləyirlər. Əgər rəqib müştəriyə xoş gələn nə isə təklif edirsə, onun güclü rəqibi buna oxşar, lakin daha keyfiyyətli mal istehsal edir. Çox sürətli gəlib keçəcək zamandan sonra keyfiyyətli mal istehsalından öncə keyfiyyətli dizayenerlər istehsal ediləcək və hətta deyərdim indidən şirkətlər bunun üzərində mütəşəkkil planlama ilə yola çıxıb dizayn studiyaları təsis edib istehsal etsələr gələcəyi indidən udmuş olarlar.

Çünki, dünya indi gənc, perspektivli dizaynerlərə hörmət edir və onları istəyir. Onlar artıq bu dövrü yaşayır və biz brendlərdən doyuruq. İndi yavaş-yavaş gənc dizaynerləri salamlayacayıq, qiymətləndirəcəyik və onlara dəyər verəcəyik. İnsanlar fərdiləşdirməyə gələcəklər. Hər bir insan, hər bir dizayner çox dar kateqoriya insanlar üçün istehsal edəcək. Alıcı özü də özünə başqa cür yanaşacaq. Artıq ilk öndə şəxsiyyət duracaq. Şirkətlərin güclü olması, udması, bazarı qazanması, alıcıları cəlb etməsi üçün qeyri-adi nəsnələr-çox heyranedici təsəvvürə sahib məhsul və xidmət istehsal edə biləcək dizaynerlər gələcək biznesin sahibləridir.

Bu dizaynerlər, əsasən say çoxluğu ilə qadın dizaynerlər olmalıdır. Çünki, yerin sahibləri kişilərdir, amma onları idarə edənlər qadınlardır. Elə ki, "Kişi başdır, ancaq qadın boğazdır. Boğaz başı hansı istiqamətə istəyirsə orada çevirir". Biznesdə bir nazlı-qəmzəli xanımdır. Bunu bürclərlə müqayisə aparsaq bir növ əkizlər bürcü kimi düşünün. İki xarakterli, daim diqqət mərkəzində olmağı sevən, çox kaprizli, daim süründürməyi çox sevən, yaxşı və pis nədir bilən, seçməyi bacaran və s. bunları çox saymaq olar.

Bunlara da qalib gəlməyi bacaran yeganə şəxslər dizaynerlər olacaq. 1823-cü il iqtisai təlaş dövründən, 1955-ci ildə baş verən Böyük depressiya və 12 iqtisadi eniş vaxtından bu günə qədər heç kimdə şübhə doğurmamış və doğurmur: çox satan, reklam olunan, çalışan, yeniliklər edən ,ümumiyyətlə, fürsəti əldən verməyən və işini formalaşdırmağı bacaran şirkətlər bazarda daha davamlı mövqe tutmaq və yüksək gəlir əldə etməklə özlərini itirən və əl-qolları boşalan şirkətlərə nisbətən böhrandan çıxa bilirlər. Gələcəkdə də şirkətləri qlobal böhrandan çıxara bilən yeganə şəxslərdə dizaynerlər olacaq. Qəribə fransız ifadəsi olan “Rasion d'être” “mövcudluğun mənası” kimi tərcümə olunur.

Şirkətin sahibi də, əməkdaşları da, ekosistem özü belə bilib qəbul edəcək ki, müştəridən öncə dizaynerdir. Şirkətin hər bir əməkdaşı və sahibi dizaynerin bu qədər mövcudluğunun, o, nə üçün yaradılıb, hansı işlə məşğul olduğunu bilməlidir. Uğurlu şirkətlər zaman, insan və maliyyə ehtiyatlarına hədsiz dərəcədə düşüncə və tələbkarlıqla yanaşırlar. Artıq həmin dönəmdə ilk prioritet dizayner ehtiyatı olacaq. Adətən, həmişə olmasa da ,sahibkarlar öz pullarını uğurlu şirkətə, şirkətlərə, layihələrə və s. qoyurlar. Bu səfər pulun mən deyərdim hardasa 95%-i dizayner ehtiyatına qoyulacaq.

Bunun real sözlə sübutunu, ancaq belə göstərə bilərəm: Müasir oturuşmuş kapitalizmin banisi Corc Dorno “Həmişə kimsə tapılacaq ki, sizin məhsulu köhnəlmiş hesab etməyi bacaracaq”-məşhur fikrinin müəllifidir.

Məna: məhsulu yaxşılaşdırmağı, müasirləşdirməyi, yeniləməyi heç vaxt dayandırma. Həmişə daha müasir texnologiyanın yaranmasından, bazar seqmentinin yox olmasından, qüvvələrin yerləşməsi dəyişikliyindən ehtiyatlı olun. Əgər siz həmişə qorxacaqsınızsa, onda daima ehtiyatlı olacaqsınız deyir. Dizayneri olan isə qorxmayacaq! Bunu tam aydın əyani görə biləcəyimiz müddətə qədər kimsə hissə etmək istəyirsə, hündür mərtəbəli binanın ən azı 9-cı mərtəbəsinin eyvanına çıxıb səmaya, şəhərə, ardı-arasıkəsilməyən səslərə, gözlə görünən baş verən hərəkətləri görsün, qulaq asıb və eşitsin. Çox vaxt mən edirəm. Zərrəciklər eynidir və inanıram sizlərdə də alınacaq.

Gələcək çox maraq doğurur. 2020-ci il daha da super il olacaq ölkəmiz və millətimiz üçün.

Hər birinizi yeni təqvim münasibətilə təbrik edirəm!

Səbuhi Rustamov
Biznes idarəçi, biznes yazar.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün