Populyar mesajlaşma tətbiqi WhatsApp-a Yeni ildə dörd fərqli funksiya inteqrasiya ediləcək.


Facemark.az xəbər verir ki, axırıncı dəfə platforma açılış ekranında “From Facebook” (Facebook-dan) sözü ilə yenilənmişdi.


Gəlin birlikdə, platformaya gələn yeni funksiyalara baxaq.


Silinən mesajlar


Silinən mesajlar Snapchat ilə həyatımıza daxil olub. Yenilənmə ilə artıq belə mesajları WhatsApp-da görə biləcəksiniz. Yeni funksiya ilə istifadəçilər, həmçinin mesajların silinmə vaxtını da planlaya biləcəklər. Vaxt bitdiyində isə mesaj platformadan silinəcək. Planlama vaxtları isə 10 saniyə, 1 dəqiqə, 1 saat, 1 gün olaraq limitlənəcək.


Qaranlıq Mod


Yeni ildə WhatsApp üçün uzun zamandır ki, gözlənilən Qaranlıq Mod funksiyası də reallaşır. Bu funksiyanı iOS ve Android cihazlarında istəkdən asılı olaraq aktiv ediləcək. Bu funksiya, xüsusilə OLED / AMOLED ekranlı telefonlar üçün daha az enerji xərcləməsinə səbəb olacaq. Eyni zamanda, qaranlıq şəraitdə mesajlaşmanı asanlaşdıracaq bu interface modu göz yorğunluğunun da qarşısını azaldacaq.


Foto axtarışı


WhatsApp-a gələcək daha başqa bir funksiya isə foto axtarışıdır. Yeni funksiya ilə, WhatsApp-dan göndərilən fotolar, Google-dan axtarıla biləcək.


Reklamlar


WhatsApp-a inteqrasiya olunacaq başqa bir funksiya isə reklamlar olacaq. Facebook WhatsApp üçün pul qazanmağın yollarını axtarır. Şirkətin platformada reklam verməyi planlaşdırdığından isə ötən il xəbərdar idik. Paylaşılan məlumatlara görə, reklamlar WhatsApp storieslərində, Instagram Storieslərinin arasında yerləşdirilən reklamlar kimi görünəcək.