çərşənbə axşamı, 21 yanvar 2020

TikTok-da təhlükəsizlik ilə bağlı boşluq aşkarlandı: 1,5 milyard insana təsir edə bilər

153

TikTok-u dünya miqyasında 75 dildə istifadə edirlər, 150-dən çox bazarda mövcuddur və ötən il ən çox yüklənən tətbiqlərdən biri olub. İndi isə TikTok-da 1,5 milyard nəfəri yaxından maraqlandıran təhlükəsizlik ilə bağlı boşluq aşkar edilib.

Facemark.az xəbər verir ki, Checkpoint Research adlı kiber təhlükəsizlik araşdırma saytı, son bir neçə ayda TikTok-da potensial risklərə dair sübutlardan danışdığı məqalə yayımlayıb.

Məqaləyə görə, platformada aşkar edilən təhlükəsizlik boşluqları, hakerlərin hesabları ələ keçirib kontenti dəyişdirməsinə, videoları silməsinə, videolar yükləməsinə, gizli videoları hər kəsə açıq etməsinə səbəb ola bilər. Həmçinin özəl e-mail adresləri kimi hesaba əlavə edilən şəxsi məlumatları ortaya çıxara bilər.

Edilən açıqlamaya görə, sayt TikTok yaradıcılarına bu boşluq ilə bağlı xəbərdarlıq edib. Sayt, həmçinin istifadəçilərin platformadan təhlükəsiz istifadə etməyi üçün həll yollarını da göstərib.

TikTok problemi aradan qaldırdı

Şirkətin isə məsələ ilə bağlı açıqlaması gecikməyib. TikTok-dan deyiblər ki, onlar istifadəçilərin məlumatlarını qorumaq üçün diqqətlə çalışırlar. Platforma rəhbərliyi dünya miqyasında çalışan təhlükəsizlik mütəxəssislərini bundan sonrakı təhlükəsizlik boşluqlarını aşkar etmək üçün köməyə çağırıb. Şirkətdən son olaraq edilən açıqlamada isə adiyyatı təhlüksizlik boşluğunun tamamilə aradan qaldırıldığı deyilib.

İstifadəçilərin isə vaxt itirmədən tətbiqin son versiyasını yükləməsi halında bütün problemlər aradan qalxacaq. Daha əvvəl isə iddia edilirdi ki, qısa zamanda sürətlə böyüyən, kiber hakerlərin hədəfinə çevrilən şirkətin, daha öncə də istifadəçi məlumatlarını Çin hökuməti ilə paylaşdığı iddia edilmişdi. Ancaq bu iddialar şirkət tərəfindən yalanlanmışdı.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün