çərşənbə axşamı, 21 yanvar 2020

CES2020: Hyundai və Uber-dən “uçan taksi” – Foto + Video

166

Dünyanın ən böyük avtomobil istehsalçılarından Hyundai, CES2020 çərçivəsində uçan taksi modelini təqdim edib.

Facemark.az xəbər verir ki, ötən ay Urban Air Mobility Division ilə gündəmə gələn Hyundai, bu departament ilə gələcəyin uçan avtomobillərinə fokuslanacağını vurğulamışdı.

Hyundai və Uber uçan taksi modelini CES-də təqdim etdi

Hyundai, son olaraq yeni qurduğu department Urban Air Mobility Division-ın rəhbərliyinə NASA-nın sabiq mühəndislərindən və aviasiya sahəsində 30 illik təcrübəyə malik olan Dr. Jaiwon Shin-i gətirib, yeni cəhdlər etməyə başlamışdı.

CES 2020-də ilk Personal Air Vehicle (PAV) modelini təqdim edərək Hyundai, “uçan avtomobil” bazarına daxil oldu. Hyundai-nin Uber-lə birgə ərsəyə gətirdiyi layihədə Hyundai, texnoloji hava nəqliyyat vasitələrini istehsal edəcək və satışa çıxaracaq.

Uber, hava nəqliyyatı şəbəkəsi üzərində öz hava məkanına dəstək xidmətlərini quracaq və sürətli əlaqə və mobil tətbiqetmələri təmin edəcək.

Hyundai-nin Uber ilə birlikdə hazırladığı uçan taksi, təhlükəsizlik və daha az gurultu üçün birdən çox pərvanəli motor üzərində qurulub. Şaquli eniş və qalxma edə biləcək vasitə saat-da 290 km/s sürət yığa biləcək. Elektrikli infrastruktur üzərində vasitə inşa edilib. Şarj müddəti isə 7 dəqiqədir.

Hyundai və Uber imzalı uçan taksinin isə 2021-cü ildən sonra xidmətə veriləcəyi gözlənilir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün