Amerikalı biznesmen İlon Mask-ın Tesla şirkətinin kapitalizasiyası 89 milyard ABŞ dollarını ötüb. Bu isə Ford və General Motors-un birlikdə olan bazar dəyərindən 2 dəfə çoxdur.
Facemark.az xəbər verir ki, son üç ayda Tesla şirkətinin səhmləri 2 dəfədən çox artmışdı.
8 Yanvar 2020-ci ildə Tesla-nın səhmləri hər birinə 492 dollar, 5% artım göstərib.
Kompaniyanın kapitalizasiyası 89 milyard dolları ötüb-bu isə Amerikanın ən böyük avtomobil istehsalçılarının – Ford və General Motors-un birlikdə olan bazar dəyərindən çoxdur. Belə ki, müvafiq olaraq Ford-un bazar dəyəri 37 milyard dollar, General Motors da isə 50 milyard dollardır.
Məlumata görə, son üç ayda Tesla-nın səhmləri 2 dəfədən çox artım göstərib. Buna 2019-cu ilin üçüncü rübündə şirkətin güclü maliyyə hesabatlılığı və Çində birinci zavodun açılışı səbəb olub.