şənbə, 4 aprel 2020

facemark.az “White Square” festivalına media tərəfdaş oldu: 2020 il üzrə yeni sezonun açılışı elan edildi

479

Facemark.az-ın bu il də media tərəfdaşı olacağı, Avropa regionunda kommunikasiya sənayesində ən böyük kreativ tədbirlərindən biri olan Marketinq və Reklam üzrə XII “White Square” festivalı yeni işlərin qəbuluna start verdiyini elan edib.

Festivalda dünyanın 30-dan çox ölkəsi üzrə 1000-dən çox müsabiqə işləri keçirilir və işgüzar proqramda 700-dən çox nümayəndə iştirak edir.

“White Square” 2020-ci il üzrə kreativ mövsümü elan edir və 15-17 Apreldə Minsk şəhərində keçiriləcək.

İşlər əvvəlki illərdə olduğu kimi 7 kateqoriya üzrə qəbul ediləcək.

Creativity

Branding

Marketing

Creative Effectiveness

Digital

Media

facemark.az-a təşkilatçılardan verilən məlumata görə, işlər onlayn olaraq rəsmi adfest.by saytı üzərindən qəbul edilir.

2020-ci il üzrə festivalın münsiflər heyətində olacaq şəxslərdən aşağıdakıların adları artıq təsdiqlənib.

Vidya Manmohan, GREY UAE;

Mischa Schreuder, Publicis, The Netherlands;

Edson Athayde, FCB Lisboa, Portugal;

Hanna Stenwall, Nord DDB, Sweden;

Stephanie Lang, Ogilvy & Mather, Switzerland;

Kenn Van Lijsebeth, TBWA \ Brussels, Belgium;

Ioana Zamfir, MRM//Mccann Romania;

Julia Dovlatova, Geometry Prague, Czech Republic;

Davide Boscacci, Publicis Italy və başqaları.

Xatırladaq ki, Azərbaycan üzrə festivalın yeganə media tərəfdaşı əvvəlki illərdə olduğu kimi marketinq üzrə onlayn portal facemark.az saytıdır.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün