çərşənbə axşamı, 7 aprel 2020

Böyük avtomobil markaları nüfüzlu avto şou-larda iştirakdan imtina edir – Səbəb

413

Audi markası bu il Nyu York-da keçiriləcək dünyanın ən böyük avtomobil sərgisində iştirak etməyəcək.

Facemark.az xəbər verir ki, Audi-nin Şimali Amerika üzrə kommunikasiya direktorunun sözlərinə istinadən Motor1 nəşri yazır ki, “kompaniya belə açıq sərgilərdə özlərinin yeni modellərini təqdim etməkdən imtina etmir, ancaq biz digərləri ilə birlikdə bu fürsətləri dəyərləndirməyə davam edəcəyik, - deyiblər.

2020-ci ildə sərgidə iştirak etməyin digər səbəbləri ilə yanaşı, əsas səbəbi kirayənin yüksək qiyməti olub.

Böyük avtomobil istehsalçılarının ümumi olaraq avtomobil sərgilərinə qatılmaqdan imtina etməsi, yeni modelləri özəl olaraq müştəriyə təqdimatı, son bir neçə ildir mövcuddur və bazardakı ən sabit mövqeyə malik olan premium seqmentə təsirsiz ötüşməyib.

Bəziləri ,hətta irəli belə gedib. Məsələn, Daimler ötən ay ilk dəfə bütünlüklə virtual təqdimat həyata keçirib. Mercedes-Benz GLA-nın təqdimatı canlı olaraq internet vaitəsilə yayımlanıb.

Sərgi təşkilatçıları isə dəyişən mühitə reaksiya verirlər. Məsələn, Detroit Avto Şou 31 ildə ilk dəfə yanvarda deyil, iyunda təşkl ediləcək. Ailə yarmarkasının tamamilə yeni formatı olacaq sərgi açıq səma altında baş tutacaq.

Məsələn, Nyu York avto şousu – premium markaların modellərini debütünün ənənəvi yeridir. Bu il isə şou aprelin 10-dan 19-a dək davam edəcək. Manhetten-in qərbində Javits Center-də təşkil ediləcək.

Qeyd edək ki, bu il Audi-nin Porsche Taycan və yenilənmiş A3, Q2 və Q3 əsaslı elektrik mühərrikli kupe-sedan E-Tron GT-ni bazara çıxarması gözlənilir.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün