çərşənbə axşamı, 21 yanvar 2020

General Motors reklam xərclərinin böyük hissəsini bura yatırır - Rəqəmlər

149

General Motors-un Smart TV-də reklam xərcləri il ərzində 66% artım göstərib.

Facemark.az xəbər verir ki, bu haqda Amerika avtokonserninin qlobal marketinq üzrə direktoru Debora Valı AdAge nəşrinə müsahibəsində deyib.

İnternetə bağlı olan televiziya üzərinən reklama xərclərin dəqiq miqdarı haqqında top-menecer məlumat verməyib. Amma deyib ki, bu media investisiyanın böyük hissəsini təşkil edir.

Valın sözlərinə, əsasən kompaniya bu texnologiyalarda böyük potensial görür. Onun hədəfləmədəki imkanlarına pozitiv baxır. Avtomobil istehsalçısı özünün brendi olan Cadillac üzərində 3 aylıq test keçirib və belə nəticəyə gəlib ki, investisiyanın hər dəfə 10% artırılması, sərmayənin geridönüşünü də artırır.

Qeyd edək ki AdAge nəşri yazır ki, General Motors ABŞ-da ən böyük reklamverənlərdən beşincisidir. Nəşrin məlumatına görə isə, kompaniya öz brendlərinin Chevrolet, Cadillac, Buick və s. daxildir inkişafına 2018-ci ildə 3,14 milyard dollar xərcləyib. Bunun 83%-i isə televiziyadan keçib.

ABŞ-da Smart TV üzərindən reklamverənlərin xərcləri proqnozlara görə, 2021-ci ildə 10 milyard dollara çatacaq. Rusiyada isə IAB Russia-nın məlumatına görə, TV -yə bağlı olaraq reklam bazarı 2018-ci ildə 750-800 milon rubl olub. Assosiasiya hesab edir ki, bu seqmentdəki xərclər gələcəkdə də inkişaf edəcək.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün