McDonald's-un qlobal strukturunda rəqəmsal texnologiyaların inkişafı üzrə direktor vəzifəsi yaranacaq. Həmçinin fast-food restoranları şəbəkəsi müştərilər ilə rəqəmsal qarşılıqlı təsir üzrə xüsusi komanda yığacaq.


Facemark.az-ın məlumatına görə, bu haqda Restaurant Dive nəşri alınan elektron məktuba istinadən yazıb.


Yeni vəzifəyə isə şirkətin hazırki korporativ strategiya və biznesin inkişafı üzrə direktoru Lyusi Bredi başçılıq edəcək.


O, yeni vəzifəyə keçidən sonra, fast-food restoranları şəbəkəsinin baş icraçı direktoru Kris Kempçinski-yə birbaşa olaraq tabe olacaq.


Komanda rəqəmsal sifarişlərə, fərdiləşdirməyə, ödənişlər, loyallıq, çatdırılma kimi məsələlərə cavabdeh olacaq. Cari ilin birinci rübündə isə şirkət bölmələr üzrə planlarını konkretləşdirəcək, deyə açıqlamada deyilib.