Texnologiya şirkəti Apple-ın 2019-cu ilin son üç ayında ən çox satdığı iPhone modelləri məlum olub.


Facemark.az-ın məlumatına görə, 9to5Mac nəşrinin CIRP təşkilatından əldə etdiyi informasiyaya görə, 2019-cu ilin sentyabrında iPhone 11 və iPhone 11 Pro satılan iPhone cihazlarının 69%-ni təşkil edib.



Tədqiqata görə, satılan hər 10 iPhone-dan 4-nü Apple-ın uyğun büdcəli modeli iPhone 11 olub. iPhone 11 ve iPhone 11 Pro-nu siyahıda isə iPhone XR, iPhone 11 Pro Max və iPhone 8 izləyib.


Xatırladaq ki, CIRP yayımladığı araşdırma ilə bağlı isə Apple hələ ki rəsmi bir açıqlama verməyib. Onu da əlavə etmək yerinə düşər ki,şirkət məhsullarının satışı ilə bağlı detallı məlumatları yanvarın 28-də açıqlayacaq.