iyzico, 2019-cu ilə aid onlayn alış-veriş hesabatını paylaşıb. Hesabata görə, gecə 23:00-24:00 saatları arasında edilən alış-verişlərin 40%-dən çoxu geri qaytarılır. Ödəniş üsulu olaraq 100 lirədən ( 17 dollar-red.) aşağı əməliyyatlar üçün mobil alış-verişə üstünlük verilir, 100 lirədən çox xərclər üçün isə masa üstü kompüterdən istifadə olunur. 2017-2019 aralığındakı onlayn ödəniş seçimi dəyərləndirən zaman, taksitli alış-verişin azaldığını və tək seçim ödənişin artdığını göstərir. Taksit sayı olaraq ən çox 3 taksitə üstünlük verilib.


Maliyyə texnologiyası şirkəti iyzico-nun məlumatına görə, Türkiyədə onlayn alış-verişin gətirdiyi sürəti və çeşidliliyi sevirik. Məlumatların ortaya çıxardığı nəticələr ödəniş vərdişlərimiz (Türkiyəni nəzərdə tutur-red.) ilə bağlı bir çox detalı açıqlayır.


Sevdiklərimizi gül ilə xoşbəxt etdik


Tekstil və hazır geyim məhsulları daim istehlak edilən ehtiyaclardan biridir. Bu sahədə istehlak daim olur. Əgər bu sektoru daxil etməsək, ortaya çıxan nəticəyə görə, onlayn alış-verişdə gül və elektronika kateqoriyası ön plana çıxır. Bu iki sektorda 2018-ci ildə edilən xərcləmələrə görə, diqqətə dəyər artım olub. 2018-ci ildə kosmetika (4%), ev, bağça, ofis dekorasiyası (14%), alış-verişində azalma müşahidə olunub. Gül (37%), elektronika (25%) alış-verişində isə xərcləmələrdə artım olub.


Gecə alış-veriş edən geri qaytarır


Məlumatlara görə, son illərdə 14:00-15:00 saatları arasında alış-veriş etməyə üstünlük veririk. Gecə 23:00-24:00 saatları arasında edilən alış-verişlərdə isə geri qaytarılma nisbətləri diqqət çəkir. Bu saatlarda edilən alış-verişlərdəki geriqaytarılma nisbətləri, digər saatlarda edilən alış-verişlərdəki geri qaytarılma nisbətindən 40% daha çoxdur. 2019-cu ildə 02:00-06:00 saatları arasında ən ən çox alış-veriş edilən kateqoriyanın uşaq və körpə məhsulları olması, gecələrin ən yuxusuzlarının ana-ata olduğunu göstərir.


Məktəblər ilə birlikdə səbətimizi də doldurduq


Məlumatlara görə, ən çox alış-veriş etdiyimiz mövsüm payızdır. Buna sentyabr, oktyabr aylarının məktəbə qayıdışın da təsiri böyükdür. Səbət həcmi baxımından baxdığımızda ən bahalı alış-verişi yanvarda etdiyimiz ortaya çıxır. Belə ki, 2019-cu ildə ən yüksək ay 187 lirə səbə həcmi ilə yanvar, ən aşağı ay isə 133 lirə ilə avqust və dekabr olub.


Ucuza maraq artdı


Əməliyyat ədədləri 2016-cı ildə artsa da, səbət həcminin azalması, alış-verişlərdə münasib qiymətli məhsulları seçdiyimizi göstərir. Bu vəziyyət alış-verişdə ən vacib kriteriyanın qiymət olduğunu ortaya qoyur.


Mobildən sürətlə almağı seçdik


Ödəniş üsulu olaraq 100 lirədən aşağı əməliyyatlar üçün mobil alış-verişi seçirik. 100 lirədən çox xərclər üçün isə masa üstü kompüterdən istifadə edirik. Və məhsulu detallı araşdırmağı seçirik. Bundan başqa, 2019-cu ilin sonunda mobildən edilən əməliyyat ədədi, masa üstündən edilən əməliyyat ədədini keçdi. Bu isə yenə qiymətin ilk seçim olduğunu və səbət həcminin yüksək olmadığını göstərir.


Taksitli alış-verişdən uzaqlaşırıq


2017-2019 aralığında onlayn alış-veriş seçimi dəyərləndirilən zaman, taksitli alış-verişin azaldığını və tək seçim ödəniş üsulunun artığını göstərir. Taksit sayı olaraq üçün ən çox 3-nə üstünlük verilib.