"Apple" şirkəti təcili olaraq şikayətləri nəzərə alaraq araşdırmala start verdi və nəticədə İOS5-in bəzi problemlərinin olduğunu təsbit etmişdir.


"AllthingsD"nin açıqlamasına görə Apple şirkəti yaxın həftələr içində proqramın yenilənmiş versiyasını istifadəyə verəcək. Ümumiyyətlə bununla bağlı şikayətlər son günlər bəzi şəbəkələrdə geniş yayılsa da, İOS5 və İPHONE 4S-in birgə təqdimatından sonra daha da artmağa başlayıb. Maraqlısı isə odur ki, Apple özünəməxsus forumlarda problemin aradan qaldırılması ilə bağlı daha az yer ayıraraq müştərilərini məlumatsız qoymuşdur. Lakin bəzi müştərilər forum müzakirələrində yeni proqramın bəzi funksiyalarının avtomatik söndürülüməsinin qısamüddətli həll üçün kifayət etdiyini yazmışdır. Rəsmi olaraq isə İOS5.0.1 verisyasının buraxılacağı bildirilir.


Ancaq bütün bunlara baxmayaraq İphone 4S son günlərdə satış rekordlarını qırmaqdadır.